• $
  • €
  • ₽
  • ₺
  • £

“Report”un "iOS" platforması üçün mobil əlavəsi istifadəyə verilib

“Report”un "iOS" platforması üçün mobil əlavəsi istifadəyə verilib
21.12.2015 13:38
"Report” İnformasiya Agentliyinin əsas veb-resursu olan www.report.az saytının yeni mobil əlavəsi istifadəyə verilib.

"iOS" platforması üçün nəzərdə tutulmuş "Report.az” mobil əlavəsi Azərbaycan, rus və ingilis dillərində smartfonlar və planşetlərdə xəbərlərin daha rahat izlənilməsinə şərait yaradacaq. Yeni mobil əlavəni "App Store”dan bu linkdən pulsuz yükləmək mümkündür.

Mobil əlavənin fərqli xüsusiyyətlərindən biri ən təcili xəbərlər barədə bildiriş almaq imkanıdır.

Gündəlik aktual xəbərlər, daima yenilənən valyuta məzənnələri, ölkənin regionlarının hava haqqında məlumatlarından əlavə, "Report”un mobil əlavəsinin istifadəçiləri analitik yazılar, təhlil və şərhlər, video və foto materiallar ilə 7 gün 24 saat tanış ola bilərlər. Müvafiq servisin köməyi ilə istənilən xəbəri dərhal sosial şəbəkələrdə paylaşmaq mümkündür, "WhatsApp" vasitəsilə göndərmək olar. "Report”un yeni məhsulunda ən müasir yanaşmalar tətbiq edilib, interfeys sadə və rahatdır, müxtəlif tənzimləmələr isə bütün "iOS" platformalı istifadəçilərin maraqlarını nəzərə almağa imkan verir.

Qeyd edək ki, bu ilin oktyabr ayından "Report”un "Android" platforması üçün olan tətbiqi istifadəyə verilmişdi - "Google Play”dən yükləmək üçün link.

"Report” İnformasiya Agentliyi 2014-cü ildə fəaliyyətə başlayıb. Agentlik www.report.az saytı və gündəlik bülletenlər vasitəsilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən www.report.az saytının "Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.








www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol