• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyeva ilin idman xadimi elan edildi

Mehriban Əliyeva ilin idman xadimi elan edildi
22.12.2015 09:41
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq 2015-ci ilin idman laureatlarının adlarını açıqlayıb.

AİJA Azərbaycanın birinci xanımı, "Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı ilin idman xadimi elan edib.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) isə ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan olunub.

İlin idman təşkilatçısı "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov seçilib.

Cari ilin idman jurnalistləri isə Səadət Hakıyeva ("Olimpiya dünyası”), Həbib Aslanov ("Futbol+”), Anar Əhmədov ("Olimp sport”), İbrahim Şükürov ("Yeni həyat”, Masallı), Sahib Əsədbəyli ("Ədalət”), Sənan Şəfizadə (ATV), Tengiz Məmmədov (APA) və Kənan Məstəliyev (rekord.az) olublar.

İlin fotoreportyoru Eldəniz Bədəlov (AFFA, "Futbol dünyası”) elan edilib.

"Olimpiya dünyası”, "Futbol+”, "Xalq qəzeti”, "525-ci qəzet”, "Exo” ilin idman qəzetləri, İctimai Televiziya isə telekanallar sırasında fərqləniblər. İlin idman radiosu nominasiyası üzrə "Azərbaycan Radiosu” elan olunub.

Əbülqasım Novruzovun "Şuşalı Qaçay pəhləvan” kitabı ilin idman nəşri seçilib.

Laureatlar sırasında Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti, həmçinin "Apasport.az” və "Report.az” portalları da var.

Boyanka Kostova (ağırlıqqaldırma, dünya çempionu), İrina Zaretska (karate üzrə birinci Avropa Oyunlarının çempionu), İradə Əliyeva (nizəatma üzrə dünya çempionu (paralimpiya), Elvin Məmişzadə (boks, dünya çempionu), İlham Zəkiyev (cüdo, Avropa çempionu, dünya kubokunun qalibi (paralimpiya), Oleq Stepko (idman gimnastı, Avropa oyunlarında 5 medal qazanıb) ilin idmançısı seçiliblər.

"Qarabağ” futbol klubu, boks (kişilər) və taekvondo üzrə milli komandalar ilin komandası nominasiyasının qalibi olub.

Pedro Roque (boks üzrə milli komanda), Qurban Qurbanov ("Qarabağ” futbol klubu) və Reza Mehmandost (taekvondo üzrə milli komanda) ilin baş məşqçiləri elan ediliblər.

İlin idman hakimi Əliyar Ağayev (futbol), idman azarkeşi isə Fədai Rəhimov olublar.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol