• $
  • €
  • ₽
  • ₺
  • £

“Günəşli”dəki qəzanın ətraf mühitə təsiri araşdırıldı

“Günəşli”dəki qəzanın ətraf mühitə təsiri araşdırıldı
22.12.2015 16:58
"Günəşli” yatağında baş vermiş qəzanın ətraf mühitə təsirinin öyrənilməsi məqsədi ilə Ekspedisiya Qrupu müşahidələri davam etdirir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Oxu.Az-a bildirilib. 

"Xəzər dənizindəki "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın hadisəsindən sonra ətraf mühitə mümkün təsirlərin öyrənilməsi məqsədi ilə ekologiya və təbii sərvətlər nazirinin göstərişi əsasında yaradılmış ekspedisiya qrupu mütəmadi olaraq müşahidələr aparır, sudan və havadan müvafiq koordinatlar üzrə nümunələr götürür.

Aparılmış müşahidələr zamanı özül ətrafında qırıq-qırıq, kiçik ölçülü, davamsız parıltılı ləkələr müşahidə edilib ki, bu da əsasən neft yox, kondensat qalıqlarıdır. Bu kondensat qalıqları ən yüngül fraksiyalardan ibarət olduğu üçün qısa zamanda buxarlanır, buna görə də su səthinə, sualtı bioloji həyata ziyanı minimum həddədir. Həmin ləkələrdən götürülmüş su nümunələrinin üzərində aparılmış fiziki, fiziki-kimyəvi, ekotoksikoloji və biokimyəvi analizlər aparılır. Neft məhsullarının qatılığının normadan nisbətən çox olduğu (norma 0,05 mq/l, faktiki 0,11 mq/l) müəyyən edilib ki, bu da baş vermiş qəzanın həcminə görə minimum həddir.

Mütəxəssislərin Xəzər dənizində uzun illər apardığı davamlı təhlillərin dinamikası göstərir ki, qeyd olunan çirklənmə həddi ümumi fon göstəricilərindən fərqlənmir. Xəzər dənizində neft hasilatı ilə təkcə Azərbaycan məşğul olmur və digər Xəzəryanı ölkələrdə hələ də bir sıra hallarda sovet dövründən qalma köhnə texnalogiyalardan istifadə edilir, buna görə də Xəzərdə neft ləkələri mütəmadi müşahidə olunur.
 
Dənizdə 200-300 km2 ərazinin neft ləkəsi ilə örtülü olması barədə yayılan fantastik məlumatların isə baş vermiş hadisə ilə heç bir əlaqəsi yoxdur. Fəzadan çəkilən şəkillər və nazirliyin mütəxəssislərinin apardığı təhlil və müşahidələr də bu iddianı təsdiq etmir. Atmosfer havasından götürülən nümunələrdə isə havaya karbon və azot oksidlərinin atıldığını təsdiq edir”, - deyə nazirlikdən qeyd edilib. 
 
Nazirlikdən həmçinin bildirilib ki, Ekspedisiya Qrupu tərəfindən müşahidələr davam etdirilir, müntəzəm olaraq nümunələr götürülür.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol