• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq təşkilatın Bakı rəhbəri İnterpol xətti ilə axtarışa verildi

Beynəlxalq təşkilatın Bakı rəhbəri İnterpol xətti ilə axtarışa verildi
23.12.2015 13:06
Beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri beynəlxalq axtarışa verilib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
 
Məlumatda qeyd olunur ki, 45 yaşlı Rəşad Axundov külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
 
Hazırda onun tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
 
APA-nın əldə etdiyi məlumata görə, axtarışa verilən R. Axundov "Dar Al Ber” beynəlxalq xeyriyyə təşkilatının Bakı nümayəndəliyinin rəhbəri olub. Azərbaycan mətbuatında dəfələrlə R. Axundovun "Vəhabi” təriqətinin üzvləri ilə yaxın əlaqələrinin olması ilə bağlı məlumatlar yayılıb.
 
Hələ 2014-cü ildə "Dar Al Ber” beynəlxalq xeyriyyə təşkilatının Bakı nümayəndəliyində MTN və Vergilər Nazirliyi birgə əməliyyat keçirib. Əməliyyat zamanı nümayəndəliyin rəhbəri R. Axundov saxlanılıb, bir gün sonra isə sərbəst buraxılıb.  
 
Adıçəkilən xeyriyyə təşkilatı 1979-cu ildə Birləşmiş Ərəb Əmirliklərində təsis edilib. Təşkilat 1994-cü ildə Azərbaycanda nümayəndəliyini açıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol