• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ “ANS ÇM”-i 161000 manat cərimələdi

MTRŞ “ANS ÇM”-i 161000 manat cərimələdi
23.12.2015 17:13
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
 
MTRŞ-dan APA-ya verilən xəbərə görə, iclasda "ANS ÇM” radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun  tələblərinin pozulması ilə əlaqədar  09 dekabr 2011-ci il tarixdə tərtib edilmiş  və "ANS Müstəqil Yayım və Media Şirkətinə” göndərilmiş  TR 15, TR 16, TR 17, TR 18, TR 19, TR 20, TR 21, TR 22, TR 23, TR 24, TR 25, TR 26, TR 27 saylı, 10 dekabr 2015-ci il tarixdə tərtib edilmiş "ANS Müstəqil Yayım və Media Şirkətinə” göndərilmiş TR 28, TR 29, TR 30, TR 31, TR 32, TR 33, TR 34, TR 35 saylı, 11 dekabr 2015-ci il tarixdə tərtib edilmiş "ANS Müstəqil Yayım və Media Şirkətinə” göndərilmiş TR 36, TR 37, TR 38, TR 39, TR 40 saylı inzibati protokollar üzrə inzibati xətalara dair işlərə baxılıb.
 
"ANS ÇM” radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və "Reklam haqqında” Qanunun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar "ANS Müstəqil Yayım və Media Şirkəti”  Milli Televiziya və Radio Şurasının 12/1 saylı qərarına əsasən, 5000 (beş min) manat, 12/2 saylı qərarına əsasən,  5000 (beş min) manat, 12/3 saylı qərarına əsasən,  5000 (beş min) manat, 12/4 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/5 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/6 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/7 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/8 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/9 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/10 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/11 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/12 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/13 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/14 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/15 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/16 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/17 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/18 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/19 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/20 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/21 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/22 saylı qərarına əsasən  8000 (səkkiz min) manat, 12/23 saylı qərarına əsasən  8000 (səkkiz min) manat, 12/24 saylı qərarına əsasən  8000 (səkkiz min) manat, 12/25 saylı qərarına əsasən  8000 (səkkiz min) manat, 12/26 saylı qərarına əsasən  8000 (səkkiz min) manat, ümumilikdə isə 161 000 (yüz altmış bir min) manat məbləğində cərimə edilib.
 
Şura iclasında,  həmçinin "Space” televiziyasında yayımlanan "Sevimli şou” və "Məhəbbət əhvalatları” verilişləri müzakirə edilib, həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanıb. Eyni zamanda bu cür verilişlərin  tamaşaçıların haqlı narazılığına səbəb olduğu qeyd edilib. Space televiziyasında yayımlanan "Sevimli şou” və "Məhəbbət əhvalatları” verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin,  proqrama verilmiş tələblərin  pozulduğu nəzərə alınaraq, "Space” televiziyasına xəbərdarlıq elan edilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol