• $
  • €
  • ₽
  • ₺
  • £

Heriot-Vatt Universitetinin direktoru Bakı Ali Neft Məktəbinə gəldi

Heriot-Vatt Universitetinin direktoru Bakı Ali Neft Məktəbinə gəldi
24.12.2015 14:23
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Heriot-Vatt Universitetinin (HVU) Mühəndislik və təbiət elmləri fakültəsinin (MTE) tədris və təlim üzrə direktoru Mak  Klaf Kevin, Kimya mühəndisliyi üzrə tədris qrupunun rəhbəri Culian Qudvin, fakultənin təlim və tədris üzrə meneceri Patrisiya Dankan, fakültənin mühəndislik proqramının direktor köməkçisi Aleksandr Bel, fakültənin professoru Qreym Vaytla görüşdü.

BANM-in Heriot Vatt Universiteti ilə  əlaqələrindən söz açan rektor Elmar Qasımov HVU və BANM-in əməkdaşlığının çox sıx şəkildə davam etdiyini dedi. O, bu əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirdi. Elmar Qasımov HVU-nun BANM-in quruculuğunda dəstəyini məmnunluqla xatırlayaraq iki təhsil ocağı arasında əlaqələrin ənənəvi əməkdaşlığa çevrildiyini vurğuladı. BANM-in yeni kampusu haqqında söz açaraq orada yaradılan şərait haqqında qonaqlara məlumat verən rektor kampusda maddi texniki bazanın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünü diqqətə çatdırdı. Elmar Qasımov sözügedən universitetlə əməkdaşlıq çərçivəsində keçən tədris ilində BANM-in iki tələbəsinin HVU-da bir semestr ərzində təhsilini davam etdirdiyini xatırlatdı. O, bu işlərin davamlı olacağına əminliyini ifadə etdi və BANM-in tələbələrinin HVU-ya göndərilməsi istiqamətində işlərin davam edəcəyini bir daha nəzərə çatdırdı.

Qəbula görə təşəkkür edən qonaqlar təmsil etdikləri ali təhsil müəssisəsinin BANM-lə əməkdaşlığa böyük önəm verdiyini bildirdilər və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə etdilər. HVU-nun nümayəndələri BANM-in tələbələrinin imtahanlarda HVU-nun Edinburq və digər kampuslarında təhsil alan tələbələrlə müqayisədə  daha yaxşı nəticələr göstərdiklərini vurğuladılar. Onlar bildirdilər ki, BANM-in tələbələrinin göstəriciləri olduqca yüksəkdir.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-qaz mühəndisliyi” və "Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriatda təhsil alan tələbələri Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə imtahanlar sözügedən universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alınaraq eyni saatda keçirilir. Bu, elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol