• $
  • €
  • ₽
  • ₺
  • £

Qəlbi qırıq balacaların birgünlük sevinci - FOTOLAR

Qəlbi qırıq balacaların birgünlük sevinci - FOTOLAR
24.12.2015 16:02
Sağlamlıq imkanları məhdud olan və valideyn himayəsindən məhrum edilən uşaqlara bir günlük sevinc bəxş edilib.

ANN.Az xəbər verir ki, Təhsil Nazirliyin təşkilatçılığı ilə 4 nömrəli Respublika Xüsusi İnternat Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbirə nazirliyin əməkdaşları, eləc də bir çox KİV nümayəndəsi qatılıb. 

İnternat məktəbinin direktoru Vəfa Seyidova belə bir tədbirin təşkil edilməsi üçün Təhsil Nazirliyinə təşəkkürünü bildirib: "Bayramlarda, xüsusi günlərdə uşaqları yaddan çıxarmamaları bizim üçün böyük sevincdir”. 

İnternat məktəbinin şagirdləri də qonaqlara öz töhfəsini verib. Onlar hazırladıqları məşhur "Turp" səhnəciyini ifa ediblər və bu, hamıda maraq oyadıb.

Daha sonra şagirdlərin hər birinə hədiyyələr təqdim olunub.

Media nümayəndələri internat məktəbində şagirdlər üçün yaradılan tədris və məişət şəraiti ilə yaxından tanış olub, şagirdlərlə birgə nahar ediblər. KİV təmsilçilərinə məlumat verilib ki, Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi İnternat Məktəbi 2015-ci ildə Heydər Əliyev fondu tərəfindən əsaslı təmir və tikinti işləri başa çatdırıldıqdan sonra cari ilin noyabrında şagirdlərin istifadəsinə verilib.

Qeyd edək ki, internat məktəbində 198 nəfər sağlamlıq imkanları məhdud uşaq təlim-tərbiyə alır. Onlardan 104 nəfər sağlamlıq imkanları məhdud uşaq isə internat məktəbinin nəzdində fəaliyyət göstərən reabilitasiya mərkəzinə cəlb edilib. Şagirdlərin təlim-tərbiyəsi ilə 103 nəfər pedaqoji heyət məşğul olur.

Orxan Aslanlı
 
 





 
 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol