• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qidalanma sahəsində Fəaliyyət Planı qəbul ediləcək

Azərbaycanda qidalanma sahəsində Fəaliyyət Planı qəbul ediləcək
24.12.2015 17:37
Daha bir müddəa fiziki aktivliyin təbliği ilə bağlıdır

Azərbaycan üzrə 2017-2018-ci illəri əhatə edən qidalanma sahəsində Fəaliyyət Planı qəbul ediləcək. "Report”un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya" sənədində müddəa yer alıb.
Sənədə əsasən, fizioloji qida normaları qəbul ediləcək. Qida məhsullarından trans-yağların çıxarılması və onların çoxdoymamış yağ turşuları ilə əvəz edilməsi üzrə tədbirlər müəyyən ediləcək; tərkibində doymuş yağlar, trans-yağ turşuları, sadə şəkər və ya duz yüksək olan qida məhsullarının marketinqinin uşaqlara təsiri azalacaq; tərkibində çoxdoymamış yağ turşuları olan qida məhsullarının istehlakı artırılacaq; körpələrin ana südü ilə qidalandırılması da daxil olmaqla, əhaliyə sağlam qidalanma vərdişləri aşılanacaq.

Sadalananların icrası İqtisadiyyat və Sənaye Nazirliyi, Səhiyyə, Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə tapşırılıb.

Daha bir müddəa fiziki aktivliyin təbliği ilə bağlıdır. Belə ki, sənədə əsasən, iş yerlərində və ictimai yerlərdə fiziki aktivlik üçün şərait yaxşılaşdırılacaq; yaşayış məntəqələrində əhalinin fiziki aktivlik üçün obyektlərə əlçatanlığı artacaq; fiziki passivlik (o cümlədən böyüklər arasında) 10%-dək azalacaq. Bu isə Səhiyyə, Təhsil, Gənclər və İdman nazirliklərinə, eləcə də yerli icra hakimiyyəti orqanlarına həvalə olunub. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol