Oğlu 6 nəfəri güllələyən idarə rəisi işdən çıxarıldı

Vergilər Nazirliyi 14 saylı Ərazi Vergilər İdarəsinin rəisinin işdən çıxarılması barədə məlumat yayıb.
Nazirlikdən Trend-ə bildirilib ki, Fəxrəddin Əliyev 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsindən azad olunub. İdarənin rəisi vəzifəsinin müvəqqəti icrası Pərvin Əhmədova həvalə edilib.
Xatırladaq ki, dekabrın 22-də Bakının Lökbatan qəsəbəsindəki "Zeytə" restoranında F.Əliyevin oğlu Məhərrəm Əliyev 6 nəfəri güllələyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























