• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Nəsirovun əfv olunması üçün Prezidentə müraciət edildi

Zakir Nəsirovun əfv olunması üçün Prezidentə müraciət edildi
25.12.2015 13:17
2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində həbs edilərək ömürlük azadlıqdan məhrum edilən, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, general-mayor Zakir Nəsirovun ailəsi generalın əfv edilməsi üçün Prezidentə müraciət edib. 

Bu barədə Trend-ə Z.Nəsirovun vəkili Adil İsmayılov məlumat verib.

Müraciətdə Z.Nəsirovun heç bir günahı olmadan həbs edildiyi bildirilib və buna görə də Prezidentdən generalın əfv edilməsi xahiş olunub.

A.İsmayılov bildirib ki, cinayət işinin yenilənməsi və Z.Nəsirovun işinə yenidən baxılması üçün hələlik generalın ailə üzvləri ona müraciət etməyiblər.

Xatırladaq ki, bu ilin oktyabr ayında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad ediləndən sonra ölkədə adam oğurluğu və çoxsaylı qətllər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, 2005-ci ildən indiyədək Milli Təhlükəsizlik Nazirliyinin (hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin) İstintaq təcridxanasında saxlanılan Hacı Məmmədov yenidən vəkil tələb edərək cinayət işinin yenilənməsini və ömürlük həbs edilən Z.Nəsirovun azadlığa buraxılmasını istəyib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol