• $
  • €
  • ₽
  • ₺
  • £

Mədət Quliyev KQB arxivini açır? - FOTO

Mədət Quliyev KQB arxivini açır? - FOTO
25.12.2015 22:29
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev "Türküstan" qəzetinin yazarı Sərxan Carçının Stalin repressiyası dövründə həbs olunmuş və sonradan güllələnmiş ulu babası haqda müraciətini qısa müddətdə cavablandırıb.

Milli.az xəbər verir ki, bununla bağlı Sərxan Carçı bildirib: "Babamın atasının həbsi ilə bağlı arxivdəki sənədləri və varsa fotosunu əldə etmək üçün Milli Təhlükəsizlik Nazirliyinin əvvəlki rəhbərliyinə dəfələrlə xahiş məktubu yazıb, aylarla gözləsəm də, onlar "Vətəndaşın müraciəti haqqında" qanunu tapdalayaraq heç bir cavab yazmırdı. Nazirlikdə rəhbərlik dəyişəndə birbaşa general Mədət Quliyevə məktub yazdım. Heç bir cavab gözləməsəm də, bir neçə gün keçmiş telefonuma zəng gəldi. Zəng vuranlar babam Musa Carçıyevin sənədlərinin tapıldığını bildirdilər. MTN-in arxiv əməkdaşları o sənədləri mənə verəcəklərini dedilər. Amma öncə onlara kəndimizin icra nümayəndəsindən, həqiqətən o kişinin nəvəsi (varisi) olmağımla bağlı sənəd təqdim etməli idim. Tələb olunanı verib ən qısa müddətdə sənəd arxivini, hətta fotosunu əldə etdim”.



Sərxan Carçı buna görə şəxsən Mədət Quliyevin özünə, DTX-nın arxiv işçilərinə, sənədləri hazırlayıb göndərən baş idarəyə və DTX Qazax rayon şöbəsinə dərin minnətdarlığını və təşəkkürnü bildirib.

Xatırladaq ki, Musa Abbas oğlu Carçıyev məlum repressiya dövründə 3 il azadlıqdan məhrum edilib və 1938-ci ildə "əksinqilabi fəaliyyət" və "antisovet təbliğatı" maddələri ilə təqsirli bilinərək güllələnib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol