• $
  • €
  • ₽
  • ₺
  • £

Nardaranda axtarışda olan 1 nəfər həbs olunub

Nardaranda axtarışda olan 1 nəfər həbs olunub
27.12.2015 13:30
Dekabrın 1-dən Daxili Qoşunların və polisin nəzarətində olan Nardaranda növbəti əməliyyat keçirilib.

"Qafqainfo” musavat.com-a istinadən xəbər verir ki, noyabrın 26-da 2 polis və 4 dindarın ölümü ilə nəticələnən silahlı qarşıdurmaya görə növbəti əməliyyat reallaşdırılıb.
Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin birgə keçirdikləri əməliyyat zamanı mülki öhdəliklərin icrasından yayındığına görə axtarışda olan 1979-cu il təvəllüdlü Rəşid Babayev tutulub.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov musavat.com-a açıqlamasında bildirib ki, kənddə əməliyyatlar hər gün davam edir: "Daxili Qoşunlar və polis əvvəlki kimi kəndi nəzarətdə saxlayır. İmam Hüseyn meydanına giriş yoxdur. Kəndə kənar şəxslərin gəlməsi də qadağandır. Polis bölməsinin tikintisi də artıq yekunlaşıb. Bizim qonşumuzu da dünən polis aparmışdı. Bu hadisələrlə bağlı sorğu-sual edib, axşam buraxdılar. Ancaq saxlanılanların əksəriyyətindən xəbərimiz yoxdur”.

N.Kərimov evlərə elektrik enerjisinin və təbii qazın verilməsi üçün görülən işlərin davam etdirildiyini də bildirdi: "Əksər evlərə işıq veriblər. Amma qaz hələ ki, çox az bir hissəyə verilib. İşlər davam edir. Yəqin ki, bütün evlər işıq və qazla təmin olunacaq. Bunu həmişə deyirəm ki, əsas problemlərdən biri hazırda işsizlikdir. Əksər evlər işıq pulunu ödəyə bilmədiyi üçün yandırmır. Yəqin ki, bu işsizlik probleminə də bir əncam çəkilər”.

Kənd ağsaqqalı deyir ki, rəsmi açıqlama verilmədiyindən saxlanılanların sayından və onların taleyindən xəbərsizdirlər: "Təximini 70 nəfərə yaxın adamın saxlanıldığını və onlardan bəzilərinə həbs verildiyini bilirik. Amma çoxundan xəbər yoxdur. Ombudsmana da müraciət etmişik. Amma hələ də bir xəbər ala bilmirik”.
Hazırda hüquq-mühafizə orqanlarında Nardaran hadisələrinə görə axtarışda olan şəxslərin siyahısı var. Həmin şəxslərin saxlanılması üçün əməliyyatlar davam etdirilir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol