• $
  • €
  • ₽
  • ₺
  • £

Ali məktəblərdə ödənişli əsaslarla plan yerləri gələn ildən ləğv ediləcək

Ali məktəblərdə ödənişli əsaslarla plan yerləri gələn ildən ləğv ediləcək
28.12.2015 12:05
2016-2017-ci tədris ilindən ali məktəblərdə ödənişli əsaslarla olan plan yerlərinin ləğv edilməsi nəzərdə tutulub.

Bunu Trend-ə Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, ödənişli əsaslarla plan yerləri Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, ləğv edilir: "Ali məktəblərdə ödənişli əsaslarla plan yerlərinin strategiyaya uyğun olaraq, gələn ildən ləğv edilməsi nəzərdə tutulub. 2016-2017-ci tədris ilindən qəbul zamanı artıq bu mexanizm tətbiq olunacaq. Hazırda mexanizm işlənilir”.

N.İbrahimov əlavə edib ki, bu mexanizm elə ilk mərhələdə bütün ölkə üzrə tətbiq olunacaq və ölkədəki bütün ali məktəblərdəki ödənişli plan yerlərinə şamil ediləcək.

Qeyd edək ki, bu gün ali təhsil sistemində plan yerləri 2 qayda üzrə - dövlət sifarişi və ödənişli əsaslarla formalaşır.

Bir müddət əvvəl Trend-ə açıqlama verən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirmişdi ki, ödənişli əsaslarla plan yerlərinin ləğv edilməsi təhsil müəssisəsinin bu mexanizmin tətbiqindən sonra istənilən sayda tələbə qəbul edə bilməsi deyil.

Nazir müavini qeyd edib ki, bir çox aparıcı ölkələrin təhsil sistemlərində bu model iki mühüm amil - ali məktəbin müəyyən dövlət standartlarına uyğun olaraq, hansı sayda tələbə qəbul edə bilməsi imkanı və tələbənin ali məktəbə getmək istəyi nəzərə alınmaqla tətbiq edilir: "Ali təhsil müəssisələri akkreditasiya prosesindən keçirlər. Akkreditasiya prosesində isə dövlət standartları mövcuddur. Burada hər bir istiqamət üzrə müəyyənləşdirilir ki, ali təhsil müəssisəsinin hər bir tələbə üçün nə qədər auditoriya, kitabxana fondu var, bu və ya digər ixtisasın açılması və tədris olunması üçün bu sahə üzrə nə qədər kafedra, kafedralarda işləmək üçün hansı səviyyəli elmi dərəcəli kadrlar var. Bu kriteriyalar nəzərə alınmaqla, bu və ya digər ali təhsil müəssisəsi tərəfindən öz potensialına uyğun olaraq, tələbə qəbulu aparıla bilər”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol