• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əhmədov: Dövlət tibb müəssisələrinin böyük bir hissəsi özəlləşdirilə bilər

Əli Əhmədov: Dövlət tibb müəssisələrinin böyük bir hissəsi özəlləşdirilə bilər
29.12.2015 10:40
Azərbaycanda bütün dövlət tibb müəssisələri olmasa da, onların əhəmiyyətli bir hissəsinin özəlləşdiriləcəyi gözlənilir.

Yeni Azərbaycan Partiyasının İcra katibi - sədr müavini, Baş nazirin müavini Əli Əhmədov Trend-ə müsahibəsində bildirib ki, bəzi ölkələrdə səhiyyə daha çox dövlətin nəzarətindədir: "Məsələn, İngiltərədə səhiyyə xidmətinin göstərilməsi və maliyyələşdirilməsi bütünlüklə dövlətin nəzarətindədir. Xəstəxanalar da dövlət xəstəxanalarıdır, amma başqa ölkələrdə səhiyyə müəssisələri ya bütünlüklə özəlləşdirilib, ya da hər iki forma var. Hesab edirəm ki, Azərbaycanda da müəyyən müddət qarışıq forma fəaliyyət göstərəcək”.

Baş nazirin müavini qeyd edib ki, son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişi ilə dövlət müəssisələri ciddi şəkildə yenidən qurulub, təmir edilib, ən müasir avadanlıqlarla təmin edilib: "Həmçinin burada yüksək hazırlıq keçmiş, Azərbaycandan kənarda - Avropada, Türkiyədə təhsil almış və yaxşı həkimlik dərəcəsinə sahib olmuş tibb işçiləri çalışırlar. Ona görə də müəyyən müddət, əhəmiyyətli bir dövrdə Azərbaycanda qarışıq forma istifadə olunacaq”.

Ə.Əhmədov deyib ki, Azərbaycan bu dövlət müəssisələrinə həddindən artıq çox maliyyə vəsaiti sərf etdiyindən onların satışa çıxarılması o qədər real görünmür. Baş nazirin müavini qeyd edib ki, müəssisələrin əksəriyyəti təmir edildiyindən, yeni avadanlıqlarla təchiz edildiyindən onlar kifayət qədər baha qiymətə satılmalıdırlar. Buna görə də bu müəssisələr ən azından amortizasiya dövrü keçənə qədər dövlət müəssisəsi olaraq qalacaqlar: "Güman edirəm ki, gələcəkdə bu müəssisələrin yenidən qurulması məsələsi ortaya çıxanda Azərbaycan dövləti də bir çox ölkələrin, o cümlədən qonşu ölkələrin praktikasına uyğun şəkildə - əlbəttə, bütün dövlət tibb müəssisələri olmasa da, əhəmiyyətli bir hissəsini özəl sektora vermək haqqında qərar çıxaracaq. Amma bu, gələcəyin işidir”.

Ə.Əhmədov onu da bildirib ki, Azərbaycanda kifayət qədər özəl müəssisələr var: "Əlbəttə, mən bu özəl müəssisələrin xidmət keyfiyyətlərinin yüksəlməsini çox arzulayardım. İndi çoxlu sayda xidmət keyfiyyəti yüksək olmayan özəl səhiyyə müəssisələri var. Hesab edirəm ki, Səhiyyə Nazirliyi bu səhiyyə müəssisələrinə diqqət ayıracaq və onların göstərdiyi xidmətlərin keyfiyyətini daha ciddi şəkildə araşdıracaq. Çünki bu, insanların sağlamlığı ilə bilavasitə əlaqəli olan məsələdir”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol