• $
  • €
  • ₽
  • ₺
  • £

Nuşirəvan Məhərrəmli: “ANS “hamıdan ağıllıyam” prinsipi ilə hərəkət edir”

Nuşirəvan Məhərrəmli: “ANS “hamıdan ağıllıyam” prinsipi ilə hərəkət edir”
29.05.2020 02:59

"Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılandan sonra bu səlahiyyətlərin digər telekanallara deyil, daha çox ANS qarşı istifadə edildiyi barədə iddia tamamilə səhvdir”.

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib.
 
MTRŞ-in bütün televiziya kanallarına bərabər münasibət bəslədiyini deyən N. Məhərrəmli ANS-in "hamıdan ağıllıyam” prinsipi ilə hərəkət etdiyini bildirib: "Sadəcə, bir televiziya kanalı bir şey olanda, "hamıdan ağıllıyam” prinsipi ilə özünü hamıdan qabağa verir. Ancaq bu, tamamilə əksinə, yarıtmaz bir işdir və ona görə onlar cavablarını da alırlar. Milli Televiziya və Radio Şurası bundan sonra da səlahiyyətlərini qətiyyətlə həyata keçirəcək”.
 
MTRŞ sədri ANS üçün tətbiq edilən 161 min manat cərimənin miqdarının kifayət qədər böyük olması fikri ilə razılaşmayıb: "Əksinə, cərimələr çox aşağıdır, qanun pozuntuları isə kifayət qədər çoxdur. Cərimələr 5-8 min manat aralığında olan cərimələrdir. Lakin qanun pozuntuları çox olduğu üçün həmin ümumi cərimə məbləği də elə yüksək görünür”.
 
MTRŞ-in səlahiyyətlərin artırıldığı oktyabr ayından ötən dövr ərzində digər telekanalları cərimələmək zərurəti görüb-görmədiyi, telekanalları bağışlayıb-bağışlamadığına gəlincə, N. Məhərrəmli bir sıra telekanallarla mütəmadi iş aparıldığını qeyd edib: "Hər hansı televiziya kanalı ona qarşı qaldırılan iradı qəbul edir və çatışmazlıqları düzəltməyə çalışırsa, Milli Televiziya və Radio Şurası da müvafiq addım atır. Amma bəzi telekanallar qaşınmayan yerdən qan çıxaranda təbii ki, Milli Televiziya və Radio Şurası da qanunun sərtliyini ona göstərir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol