• $
  • €
  • ₽
  • ₺
  • £

"Elm" guşəsinin açılışı oldu

"Elm" guşəsinin açılışı oldu
29.12.2015 15:00
Dekabrın 29-da AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Yer Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyeva adına liseydə "Elm" guşəsinin açılışı olub. 

Ölkəmizdə yeniyetmə və gənclərin elm və texnika sahəsindəki bacarıqlarını dəstəkləyən, təşəbbüskarlığını stimullaşdıran bu layihə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin tövsiyəsi əsasında həyata keçirilir.

Açılış mərasimində çıxış edən Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov şagirdlərlə Akademiyanın tanınmış alimlərinin görüşünü təşkil etdiyinə görə, akademik Zərifə Əliyeva adına liseyin rəhbərliyinə Rəsayət Heyəti adından minnətdarlığını bildirib. Bölmə rəhbəri qeyd edib ki, akademik Zərifə Əliyeva adına liseydə fəaliyyət göstərən kiçik akademiya ilə AMEA xeyli müddətdir ki, qarşılıqlı əməkdaşlıq edir. Akademik liseydə Yer Elmləri Bölməsinin fəaliyyətini əks etdirən "Elm" guşəsinin yaradılmasının elmin inkişafına xidmət edən amillərdən olduğunu, şagirdlərin "Elm" guşəsində toplaşaraq, elmlə bağlı müzakirələr aparmaq imkanı qazandıqlarını vurğulayıb.

Akademik qeyd edib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da bu istiqamətdə bir sıra tədbirlər nəzərdə tutulur. Vurğulayıb ki, həmin tədbirlər sırasına yeniyetmə yaşlarında elmə maraq yaradılması üçün orta məktəblərdə "Elm” guşələri yaradılması, intellektual interaktiv müsabiqələr keçirilməsi, dövlət gənclər siyasətinin məlumat bazasının yaradılması, davamlı təkmilləşdirilməsi və zənginləşdirilməsi, gənclərin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması, onların praktikada tətbiqi üçün zəmin yaradılması, elm və texnika sahəsində çalışan gənclərin sayının artırılması kimi istiqamətlər daxildir.

Akademik Fəxrəddin Qədirov bu konteksdə təhsillə elmin vəhdətinin zəruri olduğunu deyib: "Azərbaycan elminin inkişafı bu vəhdətdən asılıdır. Akademiya da neçə illərdir ki, elm və təhsilin inteqrasiyasına çalışır. Bu istiqamətdə artıq AMEA institutlarında baza kafedraları yaradılıb, eyni zamanda magistratura təhsilinə başlanılıb. İndiki mərhələdə məktəblərdə elmin bölmələri üzrə ixtisaslaşmış guşələrin yaradılmasını da elm və təhsilin inteqrasiyasına bir töhfə kimi dəyərləndirirəm".

Tədbirdə çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov qeyd edib ki, bu layihə Şuranın təhsil müəssisələrində həyata keçirdiyi ilk iş deyil. Onun sözlərinə görə, Akademiya institutlarında mütəmadi olaraq məktəblilər üçün "Açıq qapı" günləri təşkil edilir. Həmçinin "Bu günün şagirdi, sabahın alimi", "Əyləncəli-öyrədici təcrübələr" və digər layihələr çərçivəsində yetişməkdə olan gənc nəslin bilik və bacarıqlarını artıran müsabiqələr, bilik yarışları, seminarlar keçirilir.

İlk olaraq AMEA Yer Elmləri Bölməsinin Akademiyanın 70 illik yubileyinə həsr olunan guşəsinin hazırlandığını deyən Famin Salmanov bildirib ki, belə "Elm" guşələri digər elmi bölmələri də əhatə etməklə, Bakı şəhəri və regionların bir çox məktəblərində təşkil olunacaq.

Liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva akademik Zərifə Əliyeva adına lisey ilə AMEA arasında yaradılmış əməkdaşlığa görə Akademiyanın prezidenti, akademik Akif Əlizadəyə təşəkkürünü bildirib. Qeyd edib ki, bu cür tədbirlər istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması və dəstəklənməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, belə layihələr yaxın gələcəkdə fundamental, təbii, texniki elmlər və yüksək texnologiyalar üzrə ixtisaslaşan gənc mütəxəssislərin sayının artmasına kömək edəcək, elmin səviyyəsinin yüksəldilməsinə təkan verəcək.

Sonra tədbirdə AMEA-nın müxbir üzvləri Elbrus Əlizadə, Qurban Yetirmişli və geologiya-minerologiya elmləri doktoru Dadaş Hüseynov çıxış edərək şagirdlərə  çalışdıqları elm sahələrinə dair məlumat veriblər.

Sonda açılış mərasiminin rəmzi sayılan qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları Geologiya və Geofizika İnstitutu, Respublika Seymologiya Mərkəzi və H.Ə.Əliyev adına Coğrafiya İnstitutu haqqında əyani vəsaitlərin yer aldığı "Elm" guşəsi ilə yaxından tanış olublar.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol