Prezident Daxili İşlər Nazirliyinin strukturunda dəyişiklik etdi

Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının statusu müəyyənləşib.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi barədə fərman verib.
Dəyişiklik Daxili İşlər Nazirliyinin sisteminə daxil olan qurumlarla bağlıdır. Daxili İşlər Nazirliyinin sisteminə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, Daxili Qoşunların hərbi hissə və bölmələri, Daxili Qoşunların Ali Hərbi Məktəbi, Polis Akademiyası (baş idarə səlahiyyətli), sıravi və kiçik rəis heyəti hazırlayan məktəb, nizami polis hissələri, Bakı Şəhər Baş Polis İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi və digər ərazi və ixtisaslaşdırılmış polis orqanları və qurumlar daxildir.
Dəyişikliyə əsasən Əlahiddə Çevik Polis Alayı da Daxili İşlər Nazirliyinin sisteminə daxil olan qurumlar sırasına daxil edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























