• $
  • €
  • ₽
  • ₺
  • £

Bayram günlərinin HAVASI

Bayram günlərinin HAVASI
29.05.2020 06:41
Yanvarın 1-nə olan hava şəraiti

Yanvarın 1-də Bakı və Abşeron yarımadasında gün ərzində hava dəyişkən buludlu keçəcək və yağış yağacaq. Axşama doğru sulu qar və qar yağacaq. Havanın temperaturunun gündüz 5° isti olacağı ehtimal olunur.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava buludlu keçəcək. Gündüz saatlarında duman və çiskin olacaq, cənub-qərb küləyi arabir güclənəcək. Axşama doğru sulu qar və qar yağacaq. Havanın temperaturunun 3° isti olacağı gözlənilir. 

Qərb bölgələri: Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən buludlu olacaq. Səhər saatlarında da bu bölgələrdə bəzi ərazilərdə zəif duman gözlənilir. Qərb istiqamətindən əsən külək günün ikinci yarısından sonra daha da güclənəcək və yağış yağacaq. Sulu qar və qar yağacaq. Havanın temperaturu isə 8° istini göstərəcək.

Şimal-qərb bölgələri: Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Xaçmaz və Qusar rayonlarında hava dəyişkən buludlu və yağıntılı olacaq. Bu rayonlarda bəzi ərazilərdə qərb istiqamətində əsən küləyin arabir güclənəcəyi ehtimal edilir. Axşama doğru qar və sulu qar yağacaq və yollar buz bağlayacaq. Havanın temperaturunun 4° isti olacağı müşahidə olunacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən buludlu və yağıntılı olacaq. Çiskin müşahidə olunacaq. Axşama doğru sulu qar və qar yağacaq. Havanın temperaturu 9° isti olacaq.

Cənub-şərq bölgələri: Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz hava əsasən buludlu və yağıntılı olacaq. Bəzi ərazilərdə zəif duman müşahidə olunacaq. Axşama doğru sulu qar və qar yağacaq. Havanın temperaturunun gündüz 8° isti olacağı deyilir. 

Naxçıvan Muxtar Respublikasının ərazisində də hava dəyişkən buludlu olacaq və yağış yağacaq. Səhər saatlarında bəzi ərazilərdə zəif duman müşahidə ediləcək. Axşama doğru bəzi ərazilərdə küləyin sürəti güclənəcək, sulu qar və qar yağacaq. Yollar buz bağlayacaq. Havanın temperaturu isə 7° istini göstərəcək. 



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol