• $
  • €
  • ₽
  • ₺
  • £

Gənclik yaş həddi 35-40 ola bilər

Gənclik yaş həddi 35-40 ola bilər
29.05.2020 01:36
Azərbaycanda "Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi üçün hazırlanan paketdə alimlər üçün gənclik yaşının ən azı 35, ən çoxu 40 kimi qəbul edilməsi təklif edilir. Bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Nazir müavinin sözlərinə görə, bu yaş keçirilən çoxsaylı müzakirələr nəticəsində müəyyənləşib: "Gənclik yaşı 40-dan yuxarı ola bilməz. Gənclik yaş senzinin 35-dən aşağı olması da işimizə bir o qədər də müsbət təsir etməz. Hesab edirik ki, 35 normal yaşdır. Buna görə də ən azı, 35 yaşın olmasını təklif edirik”.

İ.Babayev qeyd edib ki, yeni layihədə gənclərin elm sahəsinə cəlb edilməsi üçün stimullaşdırılma ilə də bağlı bəndlərin öz əksini tapacağı gözlənilir.

İ.Babayev əlavə edib ki, "Gənclər siyasəti haqqında” ilk qanun 2002-ci ildə qəbul olunan zaman sırf çərçivə, əsas istiqamətləri müəyyən edən qanun idi. 2007-ci ildə artıq qanuna düzəlişlər olunarkən bir sıra bəndlərdə daha da dəqiqləşdimələr həyata keçirilib.

Nazir müavini hesab edir ki, aparılan təhlillərin nəticələrinə əsasən, artıq "Gənclik siyasəti haqqında” qanun çox təkmil sayılır: "Bu gün "Gənclər siyasəti” haqqında qanunda "gənc ailə”, "gənclər təşkilatları”, "gənc vətəndaş” anlayışları göstərilsə də, "gənc alim” bir anlayış kimi qeyd edilməyib. Buna görə də "gənc alim” anlayışının da qanuna daxil edilməsi zərurəti var”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol