• $
  • €
  • ₽
  • ₺
  • £

Oxşar və fərqli iki tale

Oxşar və fərqli iki tale
03.01.2016 22:17
Asəf Quliyev, Tovuz
 
254 manata yaşamalı olan ailə

 
"Bir işim olsaydı, heç olmazsa...”  - Bu sözləri müharibə veteranı və ikinci qrup əlil Murad Aslanovun həyat yoldaşı, iki övlad anası Lamiyə Aslanova söyləyir.
Bu ailə ilə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın, Tovuzun Əlibəyli kəndindəki tikintisi yarımçıq qalmış evində görüşürük.
 
Murad Aslanov Qarabağ müharibəsində özünümüdafiə batalyonunun döyüşçüsü olub. 2 may 1992-ci ildə ayağından yaralanıb. Ağır əməliyyat keçirib. Yarası ağır olduğundan sümüyünə metal plastinka qoyulub. Amma buna baxmayaraq o ayağa qalxa bilib? ailə qurub 3 övlad atası olub. Pis-yaxşı ailəsini dolandırıb. 2014-cü ilin avqustunda baş verən qəza isə Aslanovlar ailəsi üçün faciədən də artıq olub.
 
Sürətlə hərəkət edən avtomobil Muradı və oğlunu vurub. Ailə 6 yaşlı yeganə oğlunu, Murad isə sağlamlığını itirib, o əvvəlki kimi yeriyə bilmir.
 
İndi ailə Muradın ikinci qrup kimi aldığı 124 manat və bu ilin aprelindən Aslanovlar ailəsinə verilən 130 manat sosial yardımla dolanır.
 
Lamiyə Aslanova: "Bir iş tapa bilmirəm. Dolanmaq olmur. Özüm də müalicə almalıyam. Belə getsə məcburam ki, müalicəm üçün bankdan kredit götürüm”.
 
Aslanovların iki qız övladı var. Amma biz onları görə bilmədik. Lamiyə bildirdi ki, imkanları olmadığından qızlarına anası baxır.
 
"Anam da, atam da qoca adamlardı. Onların da elə bir imkanı yoxdur. Amma başqa kimə verə bilərəm qızlarımı. Anam mənə kömək üçün onlara baxır...”
 
Aslanovların az da olsa həyətyanı sahəsi var. Münbit, əkinəyararlı torpaqdır. Amma su olmadığına görə, əkib becərmək mümkün olmur. İçməli suyu da kənardan daşıyırlar.
 
"Mən əsirlikdə olanda...”
 
Tovuzun Əlibəyli kəndində Ermənistan-Azərbaycan münaqişəsinin ağırlığını öz çiyinlərində hiss etmiş daha bir nəfərlə tanış olduq. Eldar Tağıyev 10 ay Ermənistanda girov olub. 2009-cu ilin dekabrından, 2010-cu ilin noyabrına qədər.
Girov götürülməsini belə xatırladı: "Balıq tutmağa getmişdim. Bir də gördüm başımın üstünü 3 nəfər aldı”.
 
Beləcə, balıq tutmağa gedən Eldar 3 erməni hərbçisi tərəfindən girov götürülüb.
Həmsöhbətim balıq tutduğu yerin Azərbaycan-Ermənistan cəbhəsinin yaxınlığında olduğunu bidirir.
Onun sözlərinə görə erməni hərbçilərini görəndə çox soyuqqanlı qarşılayıb. Elə erməni hərbçilər də onula rastlaşdıqlarından çox da təəccüblənməyiblər. Girov götürülmə anında da, sonra da Eldara qarşı zor tətbiq olunmayıb: "Gözümü bağladılar, başıma torba keçirdilər. Sonra məni apardılar. Gözümü açanda başa düşdüm ki,  İcevandayam”.
 
İcevanda Eldarı bir-neçə gün saxladıqdan sonra paytaxta Yerevana aparıblar. Onun İcevanda və yaxud da Yerevanda təzyiqə məruz qaldığını soruşuram. Çox sakitcə "yox” deyir.
 
"Mənə bir çırtma da vurmadılar. Amma həm İcevanda, həm də Yerevanda soruşdular ki, orda vəziyyət necədi, adamlar necə yaşayır? Mən də olanı dedim. Məcbur edirdilər yazım ki, işıq yoxdu, qaz yoxdu, əsgər qaçır. Mən də yazmadım. Dedim yalandan necə yazım? Sonra ta heç nə demədilər”.
 
Eldar da digər girovlar kimi ailəsinə BQXK vasitəsi ilə məktub göndərib və ailəsindən məktub alıb.
 
Sözsüz ki, Eldar azad olmaq və evinə qayıtmaq istədiyindən tez-tez niyə saxlandığını soruşurmuş: "Soruşurdum ki, məni niyə buraxmırsız? Deyirdilər ki, sənlik bir iş yoxdu. Qaytaracağıq. 10 aydan sonra qaytardılar”.
 
Eldarın evə qayıdışı Azərbaycan tərəfində olan bir nəfər erməninin meyiti ilə dəyişdirilərək mümkün olub.
 
Girovluqdan qayıdan Eldar bir neçə gün xəstəxanada tam müayinədən keçirilir. Heç bir problem olmur. Bundan sonra evinə qayıdır.
Azərbaycan hüquq mühafizə orqanları Eldarı sadəcə bir dəfə dindirir. Onun əməlində heç bir vətənə xəyanət və digər şübhəli məqam olmadığına görə sərbəst buraxılır.
 
Eldar girovluqda olduğu zaman ailəsi ünvanlı sosial yardım alıb. Lakin o evinə qayıdandan sonra bu yardım kəsilib. İndi işsiz olan Eldar bu yardımın kəsilməsindən gileylənir. "5 ildir ki, ünvanlı sosial yardım ala bilmirəm. Necə olur ki, girov olanda ailəmə sosial yardım verirdilər, indi vermirlər. Onda qanunsuz idisə niyə verirdilər? Qanuni idisə niyə mən qayıdan kimi bu yardımı kəsdilər?”
 
Ailədə kimsə işləmir, çünki kənd yerində iş yoxdur, təsərrüfatla və heyvandarlıqla məşğul olurlar və beləcə dolanırlar.  
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən (ƏSMM) verilən məlumata görə, doğurdan da Eldar Tağıyev girovluqda olduğu vaxt onun ailəsinə ünvanlı sosial yardım verilib. İndiki halda Eldara Tağıyevin ailəsinə yardım verilməməsinin səbəbinə gəlincə, ƏSMM-dən bildirilib ki, Eldar əmək qabiliyyətlidir, lakin buna baxmayaraq onun ailəsi ünvanlı sosial yardım ala bilər. Sadəcə müvafiq sənədləri rayon ƏSMM-ə təqdim etsə bu məsələ araşdırıla bilər.
 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol