• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əhmədov: "Azərbaycanda, demək olar, dərman istehsalı yoxdur"

Əli Əhmədov: "Azərbaycanda, demək olar, dərman istehsalı yoxdur"
05.01.2016 09:26
Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması üçün danışıqlara yaxın vaxtlarda başlanacaq.
 
Bunu Trend-ə müsahibəsində Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini qeyd edib ki, uzun müddət Azərbaycanda dərman istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb. Buna görə də yeganə çıxış yolu korporasiya əsasında xarici ölkələrin ciddi dərman firmaları ilə əlaqələr quraraq müəssisə yaratmaqdır.

Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən Ə.Əhmədov bildirib ki, ilkin mərhələdə Azərbaycanda korporasiya əsasında yaxşı imici olan, keyfiyyətli dərman buraxan müəssisələrlə birlikdə dərman istehsalı müəssisələri yaradılacaq. Baş nazirin müavini hesab edir ki, gələcəkdə Azərbaycanın özünün də tədricən dərman istehsalı üzrə praktikası formalaşacaq.

Azərbaycanın yaxın zamanlarda dərman istehsalına başlayacağını güman etdiyini söyləyən Ə.Əhmədovun sözlərinə görə, Azərbaycanda, demək olar, dərman istehsalı yoxdur. Azərbaycanda istifadə edilən dərmanların böyük əksəriyyəti xaricdən gətirilir.

Baş nazirin müavini əlavə edib ki, dərmanların xaricdən gətirilməsi bir tərəfdən Azərbaycanda daxili bazarın normal şəkildə fəaliyyət göstərməsinə mənfi təsir edir, digər tərəfdən, bunun nəticəsində böyük həcmdə valyuta Azərbaycandan kənara çıxır: "Üçüncü tərəfdən, bu, bütövlükdə milli təhlükəsizlik problemi məsələsinə gətirib çıxarır. Buna görə də Azərbaycanda dərman istehsalı aktual olaraq müzakirə olunur. Çox intensiv şəkildə Azərbaycanda dərman istehsalının təşkil olunması üçün işlər aparılır. Amma burada bir cəhətə diqqət yetirilməlidir. Dərman istehsal edən müəssisələr çoxdur. Amma dərman xüsusi məhsul növüdür, istənilən müəssisənin Azərbaycana gəlib dərman istehsal etməsi də o qədər məqsədəuyğun olmazdı. Ona görə də çalışmaq lazımdır ki, Azərbaycana ciddi reputasiyası olan, keyfiyyətli məhsul hazırlaya bilən müəssisələr gəlsin”.

Dərmanların qiyməti məsələsinin də Azərbaycan Prezidentini, ümumilikdə Azərbaycan hökumətini ciddi şəkildə narahat etdiyini deyən Ə.Əhmədov dərmanların qiymətinin tənzimlənməsini vacib hesab edib: "Prezidentin birbaşa tapşırığı ilə, onun özünün nəzarəti altında praktika tətbiq edilib, dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənir. Dərmanların qiymətlərinin bu ya digər formada tənzimlənməsi praktikası, demək olar, əksər dövlətlərdə, o cümlədən Avropa ölkələrinin əksəriyyətində tətbiq olunur. Dərman elə bir məhsuldur ki, onun qiyməti dövlət tərəfindən, yaxud hansısa formada tənzimlənməlidir”.

Baş nazirin müavini əlavə edib ki, dərmanların keyfiyyətinə nəzarət də dövlət tərəfindən ciddi şəkildə həyata keçirilməlidir.

Onun sözlərinə görə, dərmanların keyfiyyətinin yaxşı və ya pis olmasını ondan istifadə edən müəyyənləşdirə bilmir: "Bu, eyni zamanda dərmanın qiymətinə də aiddir. Dərman bu qiymətə dəyər-dəyməz - bunu vətəndaş müəyyənləşdirə bilməz. Belə olan halda dövlət məsələyə müdaxilə etmək məcburiyyətində qalıb”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol