Baş Prokurorluq üç QHT-nin kompüterlərini geri qaytardı

Azərbaycan Baş Prokurorluğu İqtisadi Tədqiqatlar Mərkəzi, Mədən sənayesində şəffaflığın artırılması Koalisiyası və Milli Büdcə Qrupuna məxsus kompüterlərini geri qaytarıb.
Bu barədə "Report"a İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu məlumat verib.
Onun sözlərinə görə, prokurorluq hələ ki maliyyə-mühasibat sənədlərini geri qaytarmayıb: "Yəqin ki, sənədləri də yaxın zamanlarda qaytararlar. Hələ ki proses gedir, yekunlaşmayıb. Mən bununla bağlı prokurorluq orqanları ilə hər hansı danışıqlar aparmamışam".
Q.İbadoğlu qeyd edib ki, özünün və rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının bank hesablarına qoyulmuş həbs qərarları da qüvvəsindədir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























