• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı ekspert: “Maşa və Ayı” uşaqlar üçün zərərlidir – VİDEO

Azərbaycanlı ekspert: “Maşa və Ayı” uşaqlar üçün zərərlidir – VİDEO
06.01.2016 12:33
Azərbaycanda ailə məsələləri üzrə ekspert Hacı Quliyev Rusiya istehsalı olan "Maşa və Ayı” cizgi filminin uşaqlar üçün zərərli vərdişlər aşıladığını bəyan edib.

Oxu.Az xəbər verir ki, ekspert belə bir fikirlə "Lider” telekanalında aparıcı Lamiyə Ələkbərqızının təqdimatında yayımlanan "Həyat tərzi” verilişində çıxış edib.

H. Quliyev qeyd edib ki, bu barədə ona çox valideynlər müraciət edib.

"Bildirirlər ki, uşaqlar evdə Maşanın hərəkətlərini təkrarlayır. Bildiyiniz kimi, Maşa da yaramaz bir uşaqdır. İnanın ki, bununla bağlı araşdırma aparmışıq və bu cizgi filmi uşaqların formalaşmasında çox pis təsir edir. Uşaqlar hündürə qalxırlar, oradan da özlərini atırlar”, - deyə, o, bildirib.

Ekspert vəziyyətdən çıxış yolunu milli nağıllara üstünlük verməkdə görür:

"Əvvəllər nənələr uşaqlara nağıllar danışırdı. Uşaqların da öz qəhrəmanları olurdu. Həmin qəhramların simasında uşaqlarda mərdlik, cəsurluq, valideynə hörmət, vətənə sevgi, dostlara qarşı bağlılıq və başqa bu kimi müsbət xasiyyətlər formalaşırdı.

Bu gün isə uşaqlarımızın həmin qəhrəmanları yoxdur. Başlıca olaraq, bütün problemlər də buradan əmələ gəlir və yaxud da uşaqlarımızı o qədər azad buraxırıq ki, uşaqların qəhrəmanları qorxulu, naməlum və davranışları ilə heç bir məntiqə sığmayan qəhrəmanları olur”. 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol