• $
  • €
  • ₽
  • ₺
  • £

Nardaranda sakinlərə kompensasiya verilməsinə başlandı

Nardaranda sakinlərə kompensasiya verilməsinə başlandı
06.01.2016 12:38
Bakının Nardaran qəsəbəsində iki küçənin yenidən qurulması ilə bağlı obyektlərin və yaşayış sahələrinin sökülməsinə görə yaşayış və obyekt sahələrinin sahiblərinə kompensasiya verilməsinə başlanıb.
 
Nəqliyyat Nazirliyinin "Azəryolsevis” ASC-nin mətbuat katibliyinin rəisi Anar Nəcəfli APA-ya açıqlamasında deyib ki, ilkin olaraq hazırda yenidənqurma işlərinin aparıldığı Abşeron küçəsində obyekt və yaşayış sahələrinin sahiblərinə kompensasiya verilir.

Abşeron küçəsində yenidənqurmanın sürətli aparılması üçün layihələndirmə, söküntü və tikinti işləri paralel aparılır. İlkin siyahıya alınma zamanı bu küçədə yolun tikintisi altına düşən 96 təsərrüfat qeyd alınıb, söküntü və tikinti işləri eyni zamanda aparıldığı üçün yekun siyahı sonda məlum olacaq. Qeydə alınan 96 təsərrüfatdan 21-i yaşayış evidir. Bu yaşayış evlərindən 7-i ilə bağlı artıq kompensasiya ödənilib, bu gün də 4 yaşayış evi ilə əlaqədar kompensasiya veriləcək. Kompensasiyalar ilkin olaraq yaşayış evləri, sonrakı mərhələdə isə həyət, yardımçı sahələr, hasarlar üçün veriləcək.  
 
Daşınmaz əmlakın təyinatından asılı olaraq, kompensasiyanın miqdarı və vəsaitin ayrılması Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir, "Azəryolsevis” ASC sadəcə, daşınmaz əmlakla bağlı sənədləri toplayaraq Maliyyə Nazirliyinə təqdim edir. Yaşayış sahələrinin məxsus olduğu şəxsin adına bankda hesab açılır və vəsait həmin hesaba köçürülür. Kompensasiyaların miqdarına gəlincə, daşınmaz əmlakın təyinatından asılı olaraq 1 kv.m üçün 100-400 manat aralığında kompensasiya nəzərdə tutulub. Yaşayış evləri üçün 1 kv.m üçün 400 manat verilir.
 
A. Nəcəfli bildirib ki, Abşeron küçəsinin sakinlərinə kompensasiyaların verilməsi prosesi başa çatandan sonra Nəsrulla Əsgərov küçəsində yolun tikintisi altına düşən yaşyış və obyekt sahələrinin sahiblərinə kompensasiya verilməsinə başlanacaq.
 
Qeyd edək ki, Nardaran qəsəbəsində ilkin olaraq Abşeron və Nəsrulla Əsgərov küçələrinin yenidən qurulması planlaşdırılır. Yenidən qurulacaq iki küçənin ümumi uzunluğu 3 kilometrə yaxındır. Küçələrin biri 18, digəri 14 metr enində genişləndiriləcək. Hazırda genişləndirilən sahədə olan obyektlərin və yaşayış sahələrinin sökülməsi işləri aparılır. İşlər tam başa çatandan sonra genişləndirilmiş küçələr tam müasir görkəm alacaq. Abşeron küçəsində hər iki istiqamət üzrə 1,25 metr enində, Nəsrulla Əsgərov küçəsində isə hər iki istiqamət üzrə 1 metr enində səkilərin də tikilməsi nəzərdə tutulub. Həmçinin işıqlandırma sistemi və yeraltı kommunikasiya xətləri də yeniləri ilə əvəzlənəcək. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol