• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: “Təhsil haqlarının dollarla tələb olunması ilə bağlı məlumatlar araşdırılıb

Nazirlik: “Təhsil haqlarının dollarla tələb olunması ilə bağlı məlumatlar araşdırılıb
06.01.2016 13:55
Azərbaycan Təhsil Nazirliyi manatın məzənnəsinin dəyişməsindən sonra "Təfəkkür” Universiteti və Qızlar Universitetində təhsil haqlarının dollarla tələb olunması ilə bağlı məlumatları araşdırıb.

Bunu Trend-ə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

"Təfəkkür” Universitetində fevralın 1-dən təhsil haqlarının dollarla ödəniləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən Y.Piriyev bildirib ki, "Təfəkkür” Universiteti nazirliyə bununla bağlı təkzib verəcəyini açıqlayıb: ”Həmin elanın konkret məktəb binasının divarından asıldığı bilinmir. Amma bununla belə, belə siqnal daxil olduğu üçün universitetin prorektoruna zəng edilib. O, bununla bağlı təkzib veriləcəyini deyib. Qızlar Universitetində də təhsil haqlarının dollarla tələb olunması ilə bağlı daxil olan siqnal barədə həmin məktəbin rektoruna məlumat verilib. Hər iki məktəb rəhbərliyi bildirib ki, bizdə belə hal yoxdur”.

Y.Piriyev qeyd edib ki, ali məktəb rəhbərliyi ilə təhsil haqlarının ödənilməsi ilə bağlı indiyədək bağlanılan müqavilələr həmin tələbələr təhsillərini başa vuranadək qüvvəsində qalmalı, bu müqavilələrə uyğun olaraq da tələbələrin təhsil haqlarının səviyyəsi dəyişməməlidir.

Nazirlik rəsmisi deyib ki, yeni tədris ili üzrə təhsil haqlarının artması ya azalması məsələsinə mart ayında qəbul planı hazırlanarkən ali məktəblərin təklifləri nəzərə alınmaqla baxılacaq.

Y.Piriyev təhsil haqlarının müəyyənləşdirilməsinin ali məktəblərin səlahiyyətinə daxil olduğunu da açıqlayıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol