• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan turistləri ölkədaxili istirahəti seçəcəklər

Azərbaycan turistləri ölkədaxili istirahəti seçəcəklər
07.01.2016 09:48
Bu il Yeni il bayramı günlərində Azərbaycandan xaricə gedən turistlərin sayında ötən illərlə müqayisədə azalma müşahidə edilib.
 
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, turizm şirkətlərinin verdikləri məlumatlara əsasən, dünyada ictimai-siyasi vəziyyətin qeyri-sabit olması, baş verən iqtisadi böhranla əlaqədar bu ilki Yeni il bayramı günlərində Azərbaycandan Yaxın Şərq, Qərbi, Orta və Şərqi Avropa ölkələrinə gedən turistlərin sayı çox az olub. Azərbaycan turistləri Yaxın Şərq ölkələrindən yalnız Birləşmiş Ərəb Əmirliklərinə - Dubaya gediblər.

M.Ağakərimov qeyd edib ki, Azərbaycan turistləri ötən illərdə olduğu kimi yenə də Türkiyədə istirahət etməyə üstünlük veriblər. Azərbaycan turistləri istirahət üçün bu ölkənin İstanbul, Bodrum, Quşadası bölgələrini seçiblər. "Donuz qripi”nin aşkarlandığı Adana vilayətinə gedən Azərbaycan turistlərinin sayı isə olduqca az olub.

M.Ağakərimov qeyd edib ki, Azərbaycandan getmə turizm üzrə əsas azalma Fransa, Çexiya, Sloveniya, Monteneqro üzrə müşahidə edilib. Bir necə il əvvəl Azərbaycandan adları sadalanan ölkələrə daha çox turistin səfər etdiyini, həmin istiqamətlər üzrə hətta çarter reyslərinin də təşkil olunduğunu deyən mütəxəssis qeyd edib ki, bu il çox az sayda Azərbaycan turisti Yeni il bayramı günlərində Avropa ölkələrində - Çexiya, Fransa, Almaniyada, MDB ölkələrindən - Rusiya, Belarus, Gürcüstanda dincəlib.

Mütəxəssis hesab edir ki, gələcəkdə Azərbaycan turistlərinin ümumiyyətlə, ölkə daxilində istirahət etməyə daha çox üstünlük verəcəyi proqnozlaşdırılır: "Çünki Azərbaycan özünün turizm potensialını hələ tam göstərməyib. O, özünü getdikcə daha çox göstərəcək. Bu məsələdə iqtisadi amil də rol oynayacaq”.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol