Nardaran sakini Natiq Kərimov həbs edildi

Nardaran sakini Natiq Kərimov barəsində məhkəmə qərarı elan olunub.
APA-nın Səbail Rayon Məhkəməsində olan əməkdaşının verdiyi məlumata görə, N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
***
Nardaran sakini Natiq Kərimov məhkəmə qarşısına çıxarılıb.
APA-nın Səbail Rayon Məhkəməsində olan əməkdaşının verdiyi məlumata görə, məhkəmədə hazırda onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılır.
Qeyd edək ki, Natiq Kərimov bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun nədə ittiham olunduğu hələlik rəsmi açıqlanmayıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























