• $
  • €
  • ₽
  • ₺
  • £

Məhsul susuz, insanlar ümidsizdir - ФОТО

Məhsul susuz, insanlar ümidsizdir  - ФОТО
07.01.2016 21:32
Elgün Rəhimov, Tərtər
 
Tərtərin Bayandur kəndinin sakinləri əkin sahələrini suvarmaq üçün su tapmır. Çünki, rayonu suvarma suyu ilə təmin edən Sərsəng su anbarı Ermənistan Silahlı Birləşmələrinin nəzarəti altındadır.
 
Rayon müharibəyə qədər kənd təsərrüfatına istifadə elədiyi suvarma suyunu Sərsəng su anbarından çəkilmiş beton kanallar vasitəsi ilə və Tərtərçaydan götürürmüş. Hazırda Sərsəngin işğal altında olması, Tərtər çayın işğal edilmiş ərazilərdən keçib gəlməsi kəndlilərin işini bir qədər çətinləşdirib.

Rayonun Bayandur kəndi sakini, əsasən yem bitkiləri becərməklə məşğul olan  77 yaşlı Əlif Əliyevin dediyir ki, yaşadığı kənd suvarma suyunu Tərtər çayından gələn kanaldan götürür. Həmin kanalda əkin mövsümündə su olmadığından suvarmanı qonşu kənddə olan artezanla suvarırlar. Sahələrini vaxtlı-vaxtında suvara bilmədiklərinə görə əkdikləri toxumlardan 50 faizə qədər az məhsul götürürlər.

Həmin rayonun digər sakini, 70 yaşlı Qənirə Hüseynovanın sözlərinə görə, 110 evdən ibarət olan kənd əhalisinin demək olar ki, hamısı dolanışıqlarını əkin sahələrində əldə etdiklər gəlirlə təmin edirlər. "Müharibəyə qədər əhalinin əkin sahələrindən götürdükləri məhsul ürək açan idi. Amma muharibədən sonra su qıtlığının yaranması əhalinin maddi durumlarını xeyli pisləşdirib. Belə ki, Tərtər çayın qarşısının kəsilməsi, kənddə bir dənə də olsun arteizan quyusunun olmaması əsas dərdimizdir”.

Qənirə xanım deyir ki, dəfələrlə əlaqədar qurumlara yazılı şəkildə müraciət ediblər ki, kəndə artezian quyusu qazdırsınlar. "Bir xəbər yoxdur. Bütün qonşu kəndlərin hamısında artezianlar var. Onlar əkinlərin növbə ilə suvara bilirlər. Amma biz qalmışıq çarəsiz. Bilmirik dərdimizi kimə deyək”.

Ağac şitilləri becərməklə məşğul olan kənd sakini Adil Cavadov deyir ki, "əgər çay suları daimi və ya vaxtlı vaxtında gəlsə ağac təsərrüfatından bir ilə 2500-3000 manat gəlir əldə edə bilərəm. Ancaq hazırkı vəziyyətdə 500 manatı zorla qazanıram. Erməni hərbçiləri çayın qabağını ildə 2-3 dəfə açır. Onda da kənd camaatı ilə su növbəsi üstündə əlbəyaxa çıxırıq. Kənddə bir dənə də olsun arteizan yoxdur. Amma qonşu Ələsgərli kəndində  8 arteizan quyusu var. Bizdə onların artıq axan sularından istifadə edirik.”

Kənd sakinlərinin sözlərinə görə,  Tərtər çayından gələn su  həddindən artıq bulanıq, zibilli və zəhərli olduğuna görə suvarmaya tam yararlı deyil.

Tərtər rayon Suvarma Sistemləri İdərəsinin rəisi Zahid İbrahimov da sakinlərin sözlərini təsdiqlədi. O,  hətta bəzi hallarda çay vasitəsi ilə partlayıcı maddələrin də axıdıldığını bildirdi. Belə halların dəfələrlə baş verdiyini bildirən müəssə rəhbəri, son dəfə belə halla bir neçə ay bundan əvvəl rastlaşdıqlarını və dərhal "ANAMA” (Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik-red.)  şirkətinə məlumat verdiklərini bildirib. İbrahimov dedi ki, yaxın aylarda Bayandur kəndində artezian quyuları qazılacaq.
  
Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Azərbaycanlı mütəxəssislərin iddalarına görə hazırda su anbarına və onun qurğularına 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarı  onun aşağı relyefində yerləşən 400 min nəfər əhali üçün ciddi təhlükə yaradır.

" Bu məqalə "Beynəlxalq Həyəcan" təşkilatının "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Layihə Böyük Britaniyanın Münaqişələrin qarşısının alınması, stabillik və təhlükəsizliyə yardım fondu tərəfindən maliyyələşir. Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi "Beynəlxalq həyəcan" və donorların mövqeyi ilə üst üstə düşməyə bilər.”
 





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol