• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda depressiya halları gəncləşir

Azərbaycanda depressiya halları gəncləşir
08.01.2016 11:53
Azərbaycanda əhali arasında depressiya halları artır, gəncləşir. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov deyib.

Depressiya hallarının gəncləşməsinin bütün dünyada müşahidə olunduğunu deyən F.İsmayılov əlavə edib ki, əvvəllər depressiya yaşı 30-dan çox olan insanlar arasında yaranırdı. Ancaq indi depressiya hallarına gənclər arasında çox rast gəlinir.

F.İsmayılov əlavə edib ki, Azərbaycanda hər il əhalinin 10-15 fazi depressiyadan əziyyət çəkir: "Bütün dünyada olduğu kimi, Azərbaycanda da yeniyetməlik dövrünə qədər olan uşaqlar arasında depressiya üzrə göstərici 2-4 faiz, yeniyetməlik dövründən yaşı 18-dək olan uşaqlar arasında depressiya halları üzrə göstərici isə 8 faizdir. Yəni hər 100 yeniyetmədən 8 nəfəri depresiyadan əziyyət çəkir".

Mərkəz direktoru bildirib ki, insanda depressiyanın olmasını təsdiqləmək üçün 3 əsas əlamət ən azı 2 həftə ərzində müşahidə edilməlidir: "Onlardan birincisi, əhvali-ruhiyyənin aşağı olması, ikincisi, hər şeyə qarşı marağın itməsi, üçüncüsü isə enerjinin tükənməsidir. Bundan başqa, həmin şəxsdə əlavə olaraq daha bir neçə simptom - yuxusuzluq, iştahasızlıq, özünə qarşı qiymətləndirmə aşağı olmalı, ümidsizlik, köməksizlik hissi yaranmalıdır. Belə insanların hətta intihar etmə ilə bağlı fikirləri ola bilər".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol