• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik Neftçalada balıqçıların etirazı ilə bağlı rəsmi məlumat yaydı

Nazirlik Neftçalada balıqçıların etirazı ilə bağlı rəsmi məlumat yaydı
08.01.2016 14:42
 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neftçalada balıqçılar etirazı ilə bağlı rəsmi məlumat yayıb.

Nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktoru Rasim Həsənov "Report" a bildirib ki, onlar qanunsuz balıq ovu ilə məşğul olanlardı: "Bu o deməkdir ki, tərəfimizdən balıq ovu ilə məşğul olanların , brakonyerliyin qarşısı alınır.

Yəni biz qanun çərçivəsində bu şəxslərdən tələb edirik ki, qanuni prosedurlara əməl etsinlər, sadələşdirilmiş qaydada balıq ovlama bileti alsınlar. Bizim tələbimiz balıq ovu ilə məşğul olanlardan bundan ibarətdir hər şeyi qanuni qaydada həll etmək mümkündür. Bir daha qeyd edirəm, hər bir balıqçı qanuna müvafiq qaydada balıq ovlama bileti alsın".
R.Həsənov həmçinin bildirib ki, bununla razılaşmayanlar, bunu təşkil edənlər rayonda qanunsuz balıq ovuna himayədarlıq edənlərdi: "Digər tərəfdən biz bu qanuni tələbləri irəli sürməyə bilərik amma brokonyerlik baş alıb gedəndə deyilməsin ki, siz hara baxırsınız. Amma bu çıxış yolu deyil balıqçılar yerlərdəki qanunsuz balıq ovuna dəstək verən və belə aksiyalar təşkil edən bəzi himayədarların fitnəsinə getməsinlər. Hər kəs sadəcə qanuni tələblərə əməl etməlidir"

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Neftçala şəhərində baş verib. Rayonun Mayak, Kürkənd, Qoltuq və digər kəndlərdən olan 100 nəfərə yaxın balıqçı şəhərdə bir yerə toplaşaraq etiraz aksiyası keçiriblər. Buna səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ilişkən torlarla balıq ovuna qadağanın qoyulması olub. Hadisə yerinə ETSN-nin nümayəndələri gələrək aksiya iştirakçıları ilə danışıqlar aparıblar. Bundan sonra balıqçılar dağılışıblar.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol