Mikayıl Cabbarovun yeni təyin etdiyi müdirdən ilk açıqlama - FOTO

ANN.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olunan Məhəbbət Vəliyeva ilk dəfə ictimaiyyət qarşısına çıxıb və jurnalistlərə açıqlama verib.
O, təhsil nazirinin əmri əsasında ötən il dekabrın 29-da bu vəzifəyə gətirilib.
Bakıdakı 204 saylı təhsil müəssisəsində məktəb icmalarının yaradılması ilə bağlı pilot layihə çərçivəsində "Sinif icmalarının plan müsabiqəsi" qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə iştirak edən Məhəbbət Vəliyeva məktəb və uşaq münasibətlərinin formalaşmasında valideynlərin rolundan danışıb: "Hər bir valideyn övladının səbirsizliklə böyüməsini, daha yüksək məktəblərdə təhsil almasını istəyir. Amma valideyn uşaqlarla məktəb dövründə nə qədər çox maraqlanarsa, o zaman öz vəzifəsini keyfiyyətlə yerinə yetirmiş olar. Bu, həmçinin məktəbin də vəzifəsinin layiqincə öhdəsindən gəlməsi deməkdir".
Məhəbbət Vəliyeva - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
Təhsil İdarəsi rəhbərinin sözlərinə görə, təəssüf ki, valideyn məktəb münasibətləri olmadığından ortada müsbət nəticələr çox azdır: "Valideynlərin məktəblərə az gəlməsinin şahidi oluruq. Bu da uşağın təhsilə marağının azalması, savadsızlığın artması, davamiyyətsizliklə nəticələnir. Elə ata-ana var ki, məktəblərdə təşkil olunan adi valideyn iclaslarına belə gəlmirlər”.
Təhsil məsələləri üzrə ekspert Etibar Əliyev hesab edir ki, məktəb icmlarının gördükləri işlər məktəblilərimizi təhsilə maraqlarını daha da artıracaq: "Həmçinin valideyn məktəb münasibətləri daha sıx olacaq".
Etibar Əliyev - təhsil məsələləri üzrə ekspert
Ekspertin sözlərinə görə, bütün valideynlər məktəb icmalarına qoşularsa, yaxşı olar: "Çünki bu birliklər icma formasında təşkilatlanıb məktəbin inkişafına öz töhvəsini verəcək. Bu gün müəllim şagird, valideyn birliyi nə qədər möhkəm olarsa, bu təhsilin keyfiyyətinə də öz təsirini göstərəcək. Bu layihənin özü məktəblərdə canlanmaya daha çox səbəb olacaq".
Orxan Aslanlı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























