• $
  • €
  • ₽
  • ₺
  • £

Müsabiqə qalibləri mükafatlandırıldı - FOTOLAR

Müsabiqə qalibləri mükafatlandırıldı - FOTOLAR
08.01.2016 16:00
Yanvarın 8-də məktəb icmalarının yaradılması üzrə pilot layihə çərçivəsində "Sinif icmalarının plan müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

ANN.Az xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd pilot layihə çərçivəsində yaradılan icmaların fəaliyyətini stimullaşdırmaqdan, icma üzvlərini həvəsləndirməkdən, müəllim, şagird və valideynlərə icma yaratmağı təşviq etməkdən ibarətdir.

Bakı şəhərindəki 204 saylı tam orta məktəbdə keçirilən tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, təhsil ekspertləri, müsabiqə qalibləri və KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva layihənin əhəmiyyətindən danışaraq məktəb icmalarının valideyn və məktəb arasında etibarlılığın möhkəmlənməsinə zəmin yaratdığını bildirib. M.Vəliyeva qeyd edib ki, məktəb, şagird və valideyn arasında düzgün qurulan əlaqə uşağın gələcək taleyində böyük rol oynayır.

Sonra çıxış edənlər məktəb icmaları layihəsinin məktəb-valideyn münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışaraq, bu əməkdaşlığın uşaqların tədris nailiyyətlərinin yüksəldilməsinə olduqca müsbət təsir göstərdiyini vurğulayıblar.

Qeyd edək ki, www.community.az saytı vasitəsilə keçirilən müsabiqədə 37 sinif icması iştirak edib. Qaliblər 5 nominasiya üzrə müəyyənləşdirilib. "Sinif icmasının ən yaxşı planı” nominasiyasında Gəncə şəhəri M.Mehdizadə adına 4 saylı tam orta məktəbin III-j sinfi, "Xərcsiz sevinc” nominasiyasında Bakı şəhəri Ə.Mahmudov adına 220 saylı məktəb-liseyin II-c sinfi, "Ən orijinal fikir” nominasiyasında Bakı şəhəri Ə.Əliyeva adına 204 saylı tam orta məktəbin VI-d sinfi, "Sərhədsiz xeyirxahlıq” nominasiyasında isə Gəncə şəhəri M.Mehdizadə adına 4 saylı tam orta məktəbin IX-b sinfi qalib olub. "Ən fəallar” nominasiyası üzrə isə 2 icma - İsmayıllı şəhəri İ.Həsənov adına 1 saylı tam orta məktəbin VIII-a sinfi və Bakı şəhəri 169 saylı tam orta məktəbin VI-b sinfi fərqlənib.

Hər bir nominasiya üzrə qaliblərə Fəxri fərman və  müxtəlif dəyərli hədiyyələr təqdim olunub.

 
 
 
 
 






















































































































































































































































































 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol