Kənd sakinləri birləşib polisi ölümcül döydülər

Xaçmazda polis əməkdaşı ilə rayon əhalisi arasında insident yaşanıb.
ANN.Az aznews.az-a istinadən xəbər verir ki, rayonun Ağalıq kənd sakinləri həmin ərazidə xidmət aparan yol polisi Cahangir Əliyevə hücum çəkərək onu döyüblər. Ağır bədən xəsarətləri alan polis əməkdaşı təcili yardım maşını ilə Şabran rayon Mərkəzi Xəstaxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Buna görə də sakinlər yığışıb ondan kəndi tərk etməsini, xidməti şosenin başqa hissəsində aparmasını tələb ediblər. Bununla razılaşmayan polis kənd əhalisinin hücumuna məruz qalıb və xəstəxanalıq olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























