"Dilmanc" xidmətləri ödənişli olacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Dilmanc" layihəsi kommersiya əsasına keçə bilər.
Bunu Trend-ə layihəyə yaxın mənbə deyib.
Onun sözlərinə görə, bu məsələ layihənin gələcək maliyyələşdirilməsinin qeyri-müəyyənliyi fonunda aktuallaşıb: "Əgər layihə nazirlik tərəfindən dəstək almasa, onun gələcək inkişafı üçün digər malyyə mənbələri nəzərdən keçiriləcək. Variantlardan biri daha əvvəl pulsuz olan bəzi məhsulların kommersiyalaşdırılmasıdır".
Mənbə qeyd edib ki, kommersiya əsasına keçirilə biləcək məhsullardan biri nitqin tanınması sistemidir. Həmçinin, mətnlərin ödənişli əsasda tərcümə edilməsi xidmətinin göstərilməsi imkanı nəzərdən keçirilir.
O əlavə edib ki, göstərilən xidmətləri dəyəri analoji xidmətlərdən və hətta tərcümə mərkəzlərinin təklif etdiyi xidmətlərdən dəfələrlə ucuz olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























