• $
  • €
  • ₽
  • ₺
  • £

Həcc ziyarəti də bahalaşır

Həcc ziyarəti də bahalaşır
11.01.2016 15:13
Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarların səfərinin təşkili ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti yanvarın sonunda Səudiyyə Ərəbistanına səfər edəcək. 
 
QMİ-dən APA-ya verilən məlumata görə, səfərin məqsədi ziyarətlə bağlı təşkilatı məsələlərin Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə müzakirə olunmasıdır.
 
Fevralın 10-dan sonra isə Azərbaycanda builki Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start veriləcək.
 
Builki Həcc ziyarətində səfər xərclərinin əvvəlki illərə nisbətən artacağı da bildirilir. Buna səbəb kimi manatın dollara nisbətdə bu il kəskin ucuzlaşması göstərilir. Ziyarət xərcləri isə artıq ötən ildən ABŞ dolları ilə hesablanır.
 
Qeyd edək ki, ötən ildən azərbaycanlı zəvvarların səfər xərclərinin ABŞ dolları ilə aparılmasına başlanılıb. Ötən Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq isə 4700 dollar olub. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.
 
Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol