• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Qurbanlı: "Tolerantlıq xalqımızın həyat tərzidir"

Mübariz Qurbanlı: "Tolerantlıq xalqımızın həyat tərzidir"
11.01.2016 20:09
Komitə sədri İsrailin Azərbaycandakı səfirini qəbul edib


 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib. Bu barədə "Report"a DQİDK-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə M.Qurbanlı Azərbaycan-İsrail münasibətlərinin tarixindən, yəhudi icmasının Azərbaycandakı fəaliyyətindən danışıb. Azərbaycanda multikultural və tolerant mühitin dərin tarixi köklərə malik olduğunu vurğulayan komitə sədri Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin "Multikulturalizm ili” elan edilməsinin təsadüfi olmadığını bildirib: "Tolerantlıq xalqımızın həyat tərzidir. Azərbaycanda bütün dinlərin nümayəndələri, yəhudilər də daxil olmaqla əsrlərdir sülh və qardaşlıq mühitində yaşayırlar".

Səfir Dan Stav fəaliyyəti dövründə Azərbaycanın bölgələrinə səfərlər etdiyini, multikultural və tolerant mühitin bütün ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünün şahidi olduğunu, müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib. Ötən ilin noyabr ayında ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay sinaqoqunun üzvlərindən ibarət 50 nəfərlik heyətin Azərbaycandan çox yüksək təəsüratla geri döndüklərini bildirən səfir müxtəlifliyin geniş yayıldığı bir dünyada millətlərin birgə yaşamasını təşviq edən Azərbaycan modelinin unikallığı ilə seçildiyini deyib. O, qeyd edib ki, bu baxımdan Azərbaycan tolerantlıq ixracatçısı ola bilər.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda İsrail Dövlətinin səfiri Dan Stav səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.  

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol