• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzov: "Süni qiymət artımı, süni dollar ajiotajı etiraza səbəb olur"

Siyavuş Novruzov: "Süni qiymət artımı, süni dollar ajiotajı etiraza səbəb olur"
29.05.2020 09:53
"Valyutadəyişmə məntəqələrində dolların qiyməti göstərilsə də, satılmır. Əvəzinə pulları "qara bazar”a buraxır, orada artıqlaması ilə dəyişir, vətəndaşların ziyanına iş aparır və cibinə girirlər. Halbuki, Mərkəzi Bank 100 milyon dollar dövriyyəyə buraxıb və hər bir valyutadəyişmə məntəqəsinə də vəsait ayırıb".

Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisinin deputatı Siyavuş Novruzov deyib.
 
Onun sözlərinə görə, ölkənin bəzi bölgələrində olan aksiyalara da süni qiymət artımı və dollar ajiotajı səbəb olur: "Məhsulların qiymətini süni şəkildə artıranlara qarşı mübarizə aparılması üçün cənab prezident müşavirədə bir daha göstəriş verdi. Bunun qarşısı alınmalıdır, hüquq-mühafizə orqanları və İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün ciddi nəzarət həyata keçirməlidir. Azərbaycanda istehsal olunan məhsulların qiyməti qalxa bilməz. Xaricdən gətirilən malların qiymətində müəyyən fərqlər olacaq, amma daxili bazarda qiymətə ciddi nəzarət olunmalıdır. Süni qiymət artımı, süni dollar ajiotajı yaratmaq etiraza səbəb olur. Buna görə də bu istiqamətdə ciddi şəkildə nəzarət olunmalıdır və olacaq”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol