• $
  • €
  • ₽
  • ₺
  • £

Kompüterdəki fərdi məlumatlarınızı oğurlaya bilərlər

Kompüterdəki fərdi məlumatlarınızı oğurlaya bilərlər
13.01.2016 12:06
Günümüzdə  kompüterlərdəki fərdi məlumatlara icazəsiz giriş və bu məlumatların oğurlanması halları artmaqdadır. 

Bunun qarşısının alınması üçün müxtəlif addımlar atılmalıdır. Bunlardan biri də kompüterlərə "Firewall" quraşdırılmasıdır.
 
Rabitə və Yüksək  Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi bəyan edib ki, "Firewall" internetdən gələn təhlükələrə qarşı müdafiə üçün sistemə və şəbəkəyə girişi məhdudlaşdıran və ya əngəlləyən təhlükəsizlik sistemidir.

Əvvəlcədən müəyyən olunmuş təhlükəsizlik qaydaları əsasında daxil olan və ötürülən şəbəkə trafikini monitorinq edən və ona nəzarət edən şəbəkə təhlükəsizliyi sistemi olan "Firewall" həm proqram təminatı (software), həm də aparat təminatı (hardware) kimi tətbiq oluna bilər. "Firewall" şəbəkəni təhlükəsiz saxlamağa imkan verir.
 
Bütün şəbəkə məkanları (ev, ofis, ictimai və ya domen) və şəbəkə əlaqələri üçün (Wi- Fi, şəbəkə kabeli) əməliyyat sistemlərinə uyğun olaraq "Firewall" aşağıdakı formalarda aktivləşdirilir:
 
 "Windows" üçün
 
İdarəetmə paneli  ⤍ "Windows Firewall" ⤍ "Firewall"-u aktiv edin
 
"Mac" üçün 
 
Seçimlər ⤍Təhlükəsizlik  ⤍ "Firewall"-u aktiv edin
 
"Linux" üçün
 
IP Cədvəli konfiqurasiya edin

Xüsusilə icazə verdiyiniz daxili şəbəkə əlaqələrindən başqa hamısını əngəlləməklə, "Firewall"-u quraşdırın.

Təsdiq olunmamış istifadəçilərin kompüterinizə girişini əngəlləmək üçün "Firewall"-u quraşdırın. 

Yalnız inandığınız veb saytların girişinə icazə verin.
 
"Firewall" aktivləşdirildikdən sonra onun üzərində müəyyən qaydalar müəyyənləşdirilməlidir. Bu qaydalar aşağıdakı kimi təsnif edilə bilər:

 
məsafədən giriş (remote login ) 

arxa qapı tətbiqetmələri (application backdoors)
   
xidmətdən imtina hücumları (DoS - Denial of Service attacks)
 
e-poçt protokolu hesab oğurlanması (SMTP Session Hijacking)
   
əməliyyat sistemi xətaları (operating system bugs)
   
e-poçt bombaları
   
makrolar
 
viruslar
   
arzuolunmaz e-poçtlar (spam)

yenidən yönləndirilən bombalar (redirect bombs)

Elektron Təhlükəsizlik Mərkəzinin mütəxəssisləri bildirir ki, kompüterlərdəki şəxsi məlumatları qorumaq üçün "Firewall" sazlanmasından əlavə kompüterlərə antivirus proqramları da yazılmalıdır.  

Həmçinin həm antivirus proqramı, həm də "Firewall" daim yenilənməlidir. //İctnews

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol