• $
  • €
  • ₽
  • ₺
  • £

Rakif Abdullayev: “Hər gün “donuz qripi” ilə bağlı 10-dək müraciət olur”

Rakif Abdullayev: “Hər gün “donuz qripi” ilə bağlı 10-dək müraciət olur”
29.05.2020 07:31
"Hər gün "donuz qripi” şübhəsi ilə bizə 5-10 müraciət daxil olur”.

 Bu sözləri Modern.az-a açıqlamasında Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev deyib. O qeyd edib ki, bu müraciətlər Bakı ilə yanaşı, rayonlardan da daxil olur. 

"Hər gün bizə 10-a qədər müraciət daxil olur. Lakin bu şübhələrin heç biri hələ öz təsdiqini tapmayıb və onlar adi qrip xəstəliyinə tutulmuş insanlardır. Bu günə kimi ölkədə "donuz qripi”nə yoluxma müşahidə edilməyib”,- deyə R.Abdullayev vurğulayıb.

Azərbaycanla qonşu ölkələrdə "donuz qripi”nə (H1N1) yoluxanların və bu xəstəlikdən ölənlərin sayı durmadan artır. Hər gün Türkiyə, İran, Rusiyada H1N1 virusundan onlarla insan ölür. "Donuz qripi”nin aşkar olunduğu bu ölkələrə çoxlu sayda azərbaycanlının gedib-gəldiyini nəzərə alsaq, xəstəliyin ölkəyə keçmə ehtimalı da böyükdür.

"Donuz qripi” ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə qrip və kəskin respirator infeksiyalara şübhəli xəstələr barədə dərhal məlumatların Səhiyyə Nazirliyinə təqdim olunmasının təminatı, Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəhbərliyinə sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq "donuz qripi” baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasının təminatı, Respublika Taun Əleyhinə Stansiyasının rəhbərliyinə "donuz qripi”nin laborator diaqnostikasının aparılması üçün hazırlıq tədbirlərinin görülməsi tapşırılıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol