• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da dərs vəsaitinin təqdimatı oldu

ADU-da dərs vəsaitinin təqdimatı oldu
13.01.2016 16:27

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Pedaqogika kafedrasının dosenti Ayaz Qasımovun "Əxlaqın saflaşdırılmasına müdrik kəlamların təsiri” adlı dərs-vəsaitinin təqdimat mərasimi keçirildi.
 
Təqdimatı giriş sözü ilə açan kafedra müdiri, dosent Nigar Zeynalova bu kitabın didaktik cəhətdən məktəb və müəllim heyəti üçün çox nadir bir hadisə olduğunu qeyd etdi. Adıçəkilən kafedranın mütəmadi olaraq müəlliflərlə canlı görüşlər təşkil etdiyini bildirən N.Zeynalova burada onların pedaqoji ictimaiyyəti maraqlandıran məsələlərlə tanışlığına rəvac verən fikir mübadiləsi, geniş təriqli diskussiyalar, müzakirələr təşkil etdiyini sözlərinə əlavə etdi.
 
Kitabın təqdimat mərasiminə dəvət almış Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Heydər Cəfərov dərs vəsaitinin müsbət nəzəriyyələrindən, oxuculara gözəl bir töhfə olduğundan söz açaraq müəllifin ünvanına xoş sözlərini ifadə etdi.
 
Eyni zamanda adıçəkilən kafedranın dosentləri, baş müəllimləri və müəllimləri çıxış edərək kitabın pedaqoji əfkar üçün çox qiymətli vəsait olduğunu vurğulayaraq, onun didaktik əhəmiyyətliliyi ilə yanaşı geniş ictimaiyyət üçün də maraqlı bir maarifləndirici mənbə olduğunu qeyd etdilər.
 
Sonda kitabın müəllifi, dosent Ayaz Qasımov bu qəbildən olan vəsaitlərin pedaqoji aləmdə böyük rezonnas doğuracağına ümidli olduğunu bildirdi, bununla yanaşı, qabaqcadan kitab haqqında tənqidi fikir söyləyənlərə də minnətdar olacağını sözlərinə əlavə etdi. O, bütün qonaqlara öz təşəkkürünü bildirdi.
Qeyd edək ki, 192 səhifədən ibarət olan kitab 2015-ci ildə "RS poliqraf” MMC-də səhifələnib və  çap olunub. Kitab görkəmli mütəffəkkirlərin, alimlərin, yazıçıların, ictimai xadimlərin, aforistik fikirləri oxuculara mürəkkəb və ziddiyyətli əxlaq dünyasına qovuşmaq imkanı yaradır. Həmçinin, kitaba müxtəlif xalqların, millətlərin atalar sözləri və məsəlləri də daxil edilmişdir ki, bu da xalq pedaqogikası incilərindən bəhrələnmək fürsəti verir. Kitabda bəzən müəllifi məlum olmayan kəlamlara da rast gəlmək mümkündür. Verilmiş müdrik ifadələrdə müxtəlif ictimai-siyasi quruluşlarda yaşamış dahi şəxsiyyətlərin əxlaqa, əxlaq normalarına münasibəti və onların bugünkü günümüzlə necə səsləşməsini də müqayisəli şəkildə izləmək mümkündür.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol