• $
  • €
  • ₽
  • ₺
  • £

Dərmanların qiymətini süni şəkildə artıran şirkət rəhbəri tutuldu

Dərmanların qiymətini süni şəkildə artıran şirkət rəhbəri tutuldu
29.05.2020 09:19
"Novo Vita P” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
 
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 150A saylı ünvanda yerləşən "Novo Vita P” MMC tərəfindən ölkəmizə idxal olunan dərman vasitələrinin qiymətinin süni surətdə dəfələrlə artırılması, gömrük bəyannaməsi olmayan dərman vəsitələrinin anbarda saxlanması və qanunsuz satılması müəyyən edilib.
 
Bundan başqa, cəmiyyətin idxal və satışı ilə məşğul olduğu çoxsaylı dərman vasitələrinin ayrı-ayrı həkimlər tərəfindən xəstələrə yazılması müqabilində sonunculara verilən pul məbləğləri (faizlər) yazılmış jurnallar, reseptlər, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülüb.
 
"Novo Vita P” MMC-nin icraçı direktoru İqbal Heydərov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldıraraq vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb, İ.Heydərov şübhəli şəxs qismində saxlanılıb.
 
Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol