• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da elmi-metodiki seminar keçirildi

ADU-da elmi-metodiki seminar keçirildi
14.01.2016 21:43

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Şərq dillərinin tədrisində "Akademik oxu və yazı” fənninin tədris xüsusiyyətləri” mövzusunda elmi-metodiki seminar keçirilib.
 
Tədbirdə açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov Çin elmi mətnləri ilə işləmək bacarıqlarının formalaşdırılmasının müasir üsulları haqqında danışdı və bu fənnin bakalavr ixtisasının tələbələri üçün Çin dilinin ilk milli tədris proqramına mühüm tərkib hissəsi kimi daxil edildiyini bildirib.
 
ADU-nun Magistratura və Doktorantura fakültəsinin dekanı Zarina Aslanova, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, mərkəz müdirləri və xarici dil müəllimləri "Akademik oxu və yazı” fənninin inkişafı və həyata keçirilməsində müəlliflərin yanaşmaları, akademik yazı və essenin qiymətləndirmə meyarlarının müasir konsepsiyaları, akademik yazı və oxu tədrisində innovativ formalar və metodlar, Şərq dillərində ünsiyyət qurmaq üçün tələbələrdə müstəqil şəkildə bilik əldə etmək qabiliyyətlərinin inkişaf etdirilməsi üzrə müasir təlim strategiyaları, eləcə də akademik mətnlər ilə işləmək üsulları və onların məqsədləri haqqında məlumat veriblər.
 
Seminarın sonunda Şərq dillərinin tədrisində innovativ metodların tətbiqi üzrə geniş fikir mübadiləsi aparılıb.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol