• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda şagirdi döyən müəllim vəzifəsindən azad edildi

Sumqayıtda şagirdi döyən müəllim vəzifəsindən azad edildi
14.01.2016 13:12
Təhsil Nazirliyi Sumqayıt şəhəri 22 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı məlumat yayıb.
 
Təhsil Nazirliyindən ANN.Az-a verilən məlumata görə, müəllim artıq vəzifəsindən azad edilib.

"Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin 8-ci sinfində baş vermiş hadisə ilə əlaqədar bildiririk ki, məktəbin tarix müəllimi İdris Hüseynov "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun və "Müəllimlərin etik davranış qaydaları”nın tələblərini kobud şəkildə pozaraq, şagirdə qarşı fiziki güc tətbiq edib, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verib. Bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən İdris Hüseynov Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi vəzifəsindən azad edilib”
 
Bununla Bağlı Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi hazırda xidməti araşdırma aparır.

Təhsil Nazirliyi bu məsələ adekvat münasibətə görə ictimaiyyətə təşəkkürünü bildirir, ictimai nəzarətin vacibliyini bir daha vurğulayır. Hadisə tam araşdırıldıqdan sonra hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcək.

Təhsil Nazirliyi bundan sonra da təhsil müəssisələrində şəffaflığıın təmin edilməsi, təhsilalanların hüquqlarının müdafiəsi və təhsil ocaqlarının hüquqi məkana çevrilməsi, müəllim-şagird münasibətlərinin qarşılıqlı əməkdaşlıq şəraitində qurulması istiqamətində səylərini davam etdirəcək.

Təhsil Nazirliyi bildirir ki, gələcəkdə şagirdlərə qarşı belə antipedaqoji hərəkətlərə yol verilərsə, bu sahədə məsuliyyət daşıyan vəzifəli şəxslər barədə ən ciddi tədbirlər görüləcək.
 
Orxan Aslanlı
 
 
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol