• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Prezident “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklikləri təsdiqlədi
14.01.2016 22:15
Azərbaycan prezident İlham Əliyev  "Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
 
APA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının  "Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək;
 
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək;
 
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək;
 
Həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
 
Ədliyyə Nazirliyinə tapşırılıb ki,  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.
 
Dəyişikliyə əsasən, "Kütləvi informasiya vasitələri haqqında” qanunun 19-cu maddəsində "təsisçinin və ya məhkəmənin” sözləri "təsisçinin, məhkəmənin və ya "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının” sözləri ilə əvəz edilib.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol