• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Çinlə imzalanmış sənədləri təsdiq etdi

İlham Əliyev Çinlə imzalanmış sənədləri təsdiq etdi
15.01.2016 09:20
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Çin hökumətləri arasında "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında 2015-ci ilin dekabrın 10-da Pekində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
 
APA-nın məlumatına görə, prezidentin müvafiq fərmanları ilə Azərbaycan və Çin arasında həmin tarixdə imzalanmış digər sənədlər də - Azərbaycan və Çin hökumətləri arasında fitosanitariya əməkdaşlığı sahəsində Saziş, Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə ÇXR-ın Energetika üzrə Dövlət İdarəsi arasında Anlaşma Memorandumu, Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə ÇXR Kommersiya Nazirliyi arasında ikitərəfli iqtisadi əməkdaşlığın təşviqi haqqında Anlaşma Memorandumu, Azərbaycanın Nəqliyyat Nazirliyi ilə ÇXR-ın Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində Anlaşma Memorandumu, Azərbaycan Təhsil Nazirliyi ilə ÇXR-ın Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş və Azərbaycanın "Azərbaycan Dəmir Yolları” QSC ilə ÇXR-ın Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığa dair Saziş təsdiq edilib.

XİN-nə tapşırılıb ki, bu sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə ÇXR hökumətinə bildiriş göndərilsin.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol