• $
  • €
  • ₽
  • ₺
  • £

Əkrəm Əylisli: “O işlərlə məşğul olmaq dövlət adamına yaraşmaz”

Əkrəm Əylisli: “O işlərlə məşğul olmaq dövlət adamına yaraşmaz”
15.01.2016 11:17
"Yazıçının işi nəsə yazmaqdır. Mən də nəsə yazmağa çalışıram. Yazmaqdan başqa nə bacarıram ki! Cızma-qara edirəm...”.

 Bunu Modern.az saytına açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.

Yazıçı bəzi siyasətçilərin siyasi mövqeyindən də söz açıb.

"Siyasi sədaqət üstündə möhkəm iqtisadiyyat yaratmaq olmaz. Kadr seçiləndə siyasət yox, o kadrın mahiyyəti, professionallığı, işə olan münasibəti nəzərə alınmalıdır. Bu gün üzdə hər şeyin yaxşı olduğunu deyib, arxada başqa işlərlə məşğul olmaq dövlət adamına yaraşmaz. Ziyalılar hər zaman bu cür halların şahidi olub. Kim istəyər ki, onun dövləti zəif olsun, onun xalqı pis yaşasın. Bəzi siyasətçilər bir çox məsələlərdən özləri üçün nəticə çıxartmalıdır. Vəzifəyə təyinat alanlar öz işlərini sədaqətlə yerinə yetirməlidirlər”.

Yazıçı vaxtilə üzv olduğu Ziyalılar Forumundan da danışıb.

"Vaxtilə Ziyalılar Forumunda təmsil olunanda dövlətə, xalqa sədaqətli insanların çoxalmasına nail olmaq istəyirdik. Öz adıma əminliklə deyə bilərəm ki, heç vaxt siyasətçi olmaq iddiasına düşməmişəm. Forumun fəaliyyəti zamanı çalışırdım ki, ziyalı kimi xalqın yanında olum. Ziyalılar Forumunda ziyalılar, alimlər bir yerə toplaşıb bir çox məsələlərin həll edilməsi istiqamətində fikirlərini irəli sürürdülər. Dövlətdə siyasətçilərlə yanaşı, ziyalıların da fikirləri önəmli yer tutur. Ümumi məsələlərdə ziyalılar dövlətin, xalqın yanında olurlar”.

Ə.Əylisli Ziyalılar Forumundan getməsinə belə aydınlıq gətirib:

"Ziyalılar Forumunda  ciddi səhvə yol verdilər. Gərək  o Forum fəaliyyətini davam etdirəydi. Azərbaycanın ziyalı mühiti kimi daha fəal işlər görə bilərdi. Mənə elə gəlir ki, hakimiyyətə heç bir ziyan dəyməzdi. Təəssüf ki, Ziyalılar Forumu məhv oldu”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol