BDU-nun müəllimi faciəli şəkildə öldü

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi Tamara Xaspoladova faciəli şəkildə vəfat edib.
"Report”un xəbərinə görə, 75 yaşlı T.Xaspoladova mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























