• $
  • €
  • ₽
  • ₺
  • £

Ölən neftçilərin ailələrinə bu ay sonu sığorta ödənişləri veriləcək

Ölən neftçilərin ailələrinə bu ay sonu sığorta ödənişləri veriləcək
16.01.2016 10:11
Günəşli yatağında 10-cu platformada baş verən yanğın nəticəsində həlak olan neftçilərin ailələrinə ödəniləcək sığorta ödənişlərinin verilməsi üçün işlər yekunlaşmaq üzrədir.
 
ANS PRESS-in məlumatına görə, artıq onların ölümlərini təsdiq edən sənədlər hazırdır və təhqiqat işləri də başa çatmaq üzrədir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslimovun sözlərinə görə bu ayın sonuna qədər sığorta şirkətləri, sığorta ödənişlərini həyata keçirəcək. Aparılan hesablamalara görə təqribi sığorta ödənişi 26 000 manatla 92 000 manat arasında dəyişəcək.

İtkin düşənlərlə bağlı qərar isə yalnız məhkəmənin verəcəyi hökümdən sonra məlum olacaq.

Dekabrın 4-ü axşam saatlarında "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 33 nəfər təxliyyə olunub. Bu günə kimi 11 nəfərin meyiti tapılıb. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol