• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı süni bahalaşma ilə şəxsən mübarizə aparır

İcra başçısı süni bahalaşma ilə şəxsən mübarizə aparır
16.01.2016 13:16
Gəncədə süni qiymət artımına qarşı monitorinqlərə başlanılıb. Bu məqsədlə görülən tədbirlərdə şəhər sakinləri də iştirak edib. 

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, belə bir zamanda şəhər sakinləri ilə görüşən Gəncə şəhər icra başçısı Elmar Vəliyev onların problemlərini dinləyib.

Bildirilir ki, qiymət artımının qarşısını almaq məqsədi ilə şəhərdə 15 qrup yaradılıb. 2 mindən artıq şəhər sakininin iştirak etdiyi toplantıda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, özünün rəhbərliyi ilə yaradılan hər bir qrup 10 nəfərdən ibarətdir. Qrupun rəhbərləri Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavinləri, üzvlər isə güc və icra strukturlarının əməkdaşlarıdır. 

"Şəhərdə olan ticarət obyektlərində monitorinqlər aparılıb və qiymətlər nəzarətdə saxlanılır. Həmçinin ərzaq məhsullarının satış qiymətləri də məlumdur. Sahibkarların maraqları nəzərə alınmaqla qiymətlərə nəzarət olunacaq”, – deyə İcra hakmiyyəti başçısı bildirib. 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev toplantıda vətəndaşları dinləyib, onların problemləri ilə maraqlanıb və həlli istiqamətində tapşırıqlar verib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol