• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA: "Azərbaycanda torpaqların 60 faizi eroziyaya uğrayıb"

AMEA: "Azərbaycanda torpaqların 60 faizi eroziyaya uğrayıb"
16.01.2016 16:40
"Azərbaycanda taxıl ehtiyatı və istehsalı bir nömrəli məsələ olmalıdır. Çünki taxıl strateji məhsuldur".
 
Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Eroziya və Suvarma İnstitutunun direktoru vəzifəsini icra edən Zakir Əliyev deyib.
Onun fikrincə, Azərbaycanda kənd təsərrüfatına diqqət artırılarsa, kənd əməkçiləri üçün əlavə stimul yaranar, torpaqdan istifadə genişlənər və çeşidli məhsul istehsalı tənzimlənər: "Devalvasiyadan qabaq da Azərbaycan kənd təsərrüfatı məhsullarına olan ehtiyacını müəyyən qədər ödəyirdi. Əgər əlavə tədbirlər görülərsə ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının böyük hissəsi daxili istehsal hesabına ödənilər".

Direktor bildirib ki, Azərbaycanda meyvəçiliyin, xüsusilə üzümçülüyün inkişaf etdirilməsinə ehtiyac var: "Üzümçülük çox gəlir gətirən sahədir. Bu səbəbdən də inkişafı daha məqsədəuyğundur. Hazırda xaricdən Azərbaycana kifayət qədər məhsul gətirilir. Amma bizim meyvə-tərəvəzimiz keyfiyyət baxımından idxal olunan məhsullardan daha üstündür. Ölkəmizin meyvəçilik məhsulları yüksək keyfiyyətinə görə xaricdən gətirilən məhsullarla rəqabət apara bilər. Sadəcə olaraq lazımi qulluq  və texnologiya tətbiq olunmalıdır ki, məhsuldarlıq artsın".

Z.Əliyevin sözlərinə görə, hazırda Azərbaycanda torpaqların 60 faizi eroziyaya uğrayıb: "İqlim dəyişmələri, antropogen təsirlər, suvarma torpaqlarının baxımsız qalması və qeyri-qanuni texnologiyaların tətbiqi yararlı torpaqların da sıradan çıxmasına səbəb olur. Həm də ölkədə su qıtlığı problemi var. Məhsuldarlığın azalmasının əsas səbəbi su problemidir. Bitkiyə onun tələbatına uyğun su verilməlidir, nə çox, nə də az. Belə olan halda bitkinin kökü normal inkişaf edə bilir və yüksək məhsuldarlıqlı bitki əldə etmək mümkün olur".

O qeyd edib ki, Eroziya və Suvarma İnstitutunda yerlərdə suya qənaət edərək məhsuldarlığın yüksəlməsinə xidmət edən texnologiyalar sınaqdan keçirilir və tətbiq edilir: "Bu gün Azərbaycanın ümumi su  ehtiyatı Cənubi Qafqazın ehtiyatının cəmi 14 faizni təşkil edir. Biz digər ölkələrlə müqayisədə su ehtiyatına görə ən aşağı göstəriciyə malikik". 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol